Slimfit
  1. MEDİA

Yeniyetmələr qumar oyunlarına meyil edir - Paşayeva

Yeniyetmələr qumar oyunlarına meyil edir - Paşayeva
Sakura

Yeniyetmələr qumar oyunlarına meyil edir - Paşayeva

Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlar arasında qumar oyunlarına artan maraq və bu oyunlardan istifadə edən uşaqların sayının getdikcə artması barədə ciddi narahatlıq doğuran problem barədə danışıb.

Axar.az xəbər verir ki, millət vəkili ailələrin uşaqlarını qumar oyunları bəlasından qorumaq üçün dövlət və qeyri-hökumət təşkilatlarından, KİV-dən – hamıdan kömək gözlədiyini bildirib.

Q.Paşayeva bu problemin getdikcə daha da artması və yaratdığı faciələrin ciddi narahatlıq doğurduğunu bildirib və təcili önəmli addımlar atılmasına çağırış edib.

“Uşaqları zərərli vərdişlərdən qorumaq üçün qəbul edilən qanunların həyata keçirilməsində üzərinə məsuliyyət düşən təşkilatlar ciddi çalışmalıdırlar. Təəssüf ki, bir sıra qanunların yerinə yetirilməsində ciddi problemlər var. 18 yaşına çatmayan uşaqlara bu gün də demək olar ki, hər yerdə tütün məhsullarının, spirtli içkilərin satıldığı müşahidə olunur. Bu, bizi ciddi narahat etməlidir”.

Millət vəkili uşaqlar arasında energetik içkilərə artan maraq və bu içkilərdən istifadə edən uşaqların sayının artmasının da ciddi narahatlıq doğurduğunu deyib:

“Uşaqlarımızın sağlamlığını qorumaq üçün bu istiqamətdə də addımlar atılmalıdır. 18 yaşına çatmayan uşaqlara bu içkilərin satılmasının qadağan edilməsi, bu içkilərin uşaqlara zərəri barədə geniş maarifləndirmə işləri, uşaqların televiziyaya baxdığı saatlarda bu içkilərin reklamının qadağan edilməsi və s. kimi məsələlərin də öz həllini tapması lazımdır. Biz indi uşaqları zərərli informasiyalardan qorumaq üçün qanunlarımızda yeni əlavələri qəbul edirik. Bunlar çox önəmli məsələlərdir. Amma bu qanunlar yerinə yetirilməlidir və onun yerinə yetirilməsinə məsuliyyət daşıyan qurumlar fəal olmalıdırlar. Əgər qəbul olunan qanunlar yüksək səviyyədə yerinə yetirilməzsə, biz uşaqlarımızı nə zərərli informasiyalardan, nə də zərərli vərdiş və təsirlərdən lazımi qədər qoruya bilərik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR