Slimfit
  1. İDMAN

Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandılar

Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandılar
Sakura

Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandılar

Yeniyetmə və gənclərdən ibarət milli komandamız, baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirində 10 medal qazanıb.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.

Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər) arasında çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub. Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.

 

Karateçilərimiz 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına hazırlıqları davam etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR