Dərc edildi: Baxış sayı: 438
Yeniyetmə şpaqaçılarımız Rusiyada ikinci olublar
Rusiyanın İvanova şəhərində 2004-2007 təvəllüdlü yeniyetmələr arasında qılıncoynatmanın şpaqa növü üzrə ikinci “Rusiyanın qızıl üzüyü” adlı komandalar arası açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, qızların yarışında Alfiyə Abdinova, Azərin İdriszadə və Nazilə Rəhimovadan ibarət komandamız da iştirakçılar arasında yer alıb.
Yeniyetmə şpaqaçılarımız 7 komandanın mübarizə apardığı turnirdə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə məğlub olan idmançılarımız turniri ikinci pillədə başa vurublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət