Slimfit
  1. MARAQLI

Yenidən emalda inqilab: zibili necə xəzinəyə necə çevirmək olar

Yenidən emalda inqilab: zibili necə xəzinəyə necə çevirmək olar
Sakura

Bitkoynu unudun. Ən yeni valyuta zibil qutusuna əsaslanıb.

Artur Huanq zibilin yenidən emalı üçün portativ aparat hazırladı: Trashpresso zavodu günəş batareyaları ilə işləyir və plastik tullantıları kiçik plitələrə çevirir ki, onlardan da divarları və döşəmələri birləşdirmək üçün istifadə etmək olar. 

“Prototiplərimiz zibilin yenidən emalı sənayesinin gələcəyidir”, - National Geographic-də gənc tədqiqatçı deyir. Hələlik Artur iki Trashpresso aparatı hazırlayıb ki, onları 12 metrlik platformalarda nəql etmək olar. O, artıq onları Tibetdəki Yuşu kimi uzaq nöqtələrə aparmağı bacarıb. National Geographic ekspedisiyası zamanı çəkilmiş “Ekologiya qəhrəmanları” sənədli filmində Ceki Çanın özü çəkilib. Trashpressonun nə vaxt göndərilməyindən asılı olmayaraq, ona hər zaman iş tapılacaq: hətta Yuşuda - kiçik Çin əyalətində belə meqapolislərdə olan problem mövcuddur: turistlərin gətirdiyi su şüşələri və digər zibillər çaya düşür və nəticədə okeana daxil olurlar.

Artur tullantıların istifadəsi üzrə yeni ideyalar verəcək, zibli yeni məhsula çevirəcək yenidən emal üzrə sıx zavodlar şəbəkəsini yaratmaq istəyir. Arturun Miniwiz şirkətinin məqsədi tullantısız iqtisadiyyat yaratmaqdır. 2005-ci ildən etibarən alimin cihazları zibli mebel, aksesuarlar, binalar və hətta kiçik təyyarəyə çevirir, bununla da insanlara sarğı və qablaşdırmanın yeni dəyərli resursa çevirməyi göstərir.

Mənbə: National Geographic Russia

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR