Slimfit
  1. AZƏRBAYCAN

Yeni zibil qutuları ilə bağlı müzakirələrə

Yeni zibil qutuları ilə bağlı müzakirələrə
Sakura

Yeni zibil qutuları ilə bağlı müzakirələrə

Sosial şəbəkələrdə paytaxtda yeni qoyulan plastik zibil yeşiklərinin boşaldılması zamanı tullantıların hamısının bir yerə boşaldılması ilə bağlı fikirlər yayılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, hər axşam qutulardakı zibilləri bir zibil maşını eyni yerə tökərək daşıyır. Bu zaman da tullantı yeşiklərinin ayrılmasının əhəmiyyəti qalmadığını vurğulayırlar.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən münasibət öyrənib. Bildirilib ki, zibil yeşiklərinin çeşidlənməsi prosesi ilk olaraq Nərimanov rayonunda aparılır. Orada qoyulan narıncı konteynerlər üçün 3 ayrı maşın, yaşıl konteynerlər üçün isə 11 maşın ayrılıb. Həmin narıncı yeşikdən yığılan zibillər çeşidləmə mərkəzində çeşidlənir. Sonra Balaxanıdakı emal zavoduna gedir. Böyük Britaniyadan iki aydan bir mütəxəssislər gəlib burada bizim əməkdaşlara təcrübə keçirlər. 

Ekspertlər ilk olaraq iyulun 10-dan etibarən Nərimanov rayonunda bu təcrübəni həyata keçirirlər. İlk aylarda bu rayonda 2 və ya 5 ton zibil çeşidlənirdi. Sentyabr ayında isə bu göstərici 24 tona çatıb. Gələcəkdə maşınlara çiplər də quraşdırılacaq. İkinci mərhələdə konteynerlərə də çiplərin quraşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nizami rayonlarında da çeşidlənmə ilə bağlı hazırlıq işləri gedir.  İyulun 10-dan 4 yerdə konteyner meydançası düzəldilib.

Günel Türksoy

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR