Slimfit
  1. DÜNYA

Yeni Zelandiya

Yeni Zelandiya
Sakura

Yeni Zelandiya — Okeaniyada yerləşən dövlət.

Coğrafiyası

Sakit okeanın cənub şəqrində yerləşir, iki böyük adadan (Şimal ada və Cənub adadan) ibarətdir və aralarındə əsas adalar Stüart və Çatem olan çoxsaylı kiçik adalardan ibarətdir. Yerli sakinlər – Maorilər Yeni Zelandiyanı "Aotearoa"adlandırırdılar, bu söz "Uzun ağ bulud torpağı" kimi tərcümə olunur. Yeni Zelandiya müxtar adalar Kuka və Niueni da öz tərkibinə daxil edir. Tokelau və Ross-Dependensi Yeni Zelandiyanın Antarktidadakı ərazi iddialarıdır.

 

Demoqrafiyası

Əhalisi 2006-cı il siyahıya almasının yekunlarına əsasən 4 027 947 nəfərdir. Ölkə əhalsi Avropadan gəlmələrdir, burada azlıq təşkil edən yerli əhali - maorilər də yaşayır. Asiya və Polineziya mühacirləri də azlıq təşkil edir və əsasən şəhərlərdə yaşayırlar. Yeni Zelandiyanın kraliçası Yelizaveta II dövlətin başçısıdır və o olmadıqda onu general-qubernator əvəz edir. Kraliça dövlətə başçılıq etsə də, onu idarə etmir. Onun həqiqi siyasi təsir hüququ yoxdur və hakimiyyəti simvolikdir. Siyasi hakimiyyət hökümətin başçısı olan baş nazirin rəhbərliyi altında demokratik seçilmiş parlamentin əlindədir.

 

Panorama

Dünyada heç bir başqa ölkə Yeni Zelandiya kimi mənzərəli panoramalara malik deyil. Subtropik və bitki ilə zəngin Nortlenddən bir vaxtlar Redyard Kiplinqin "Dünyanın Səkkizinci Möcüzəsi" kimi təsvir etdiyi Fiorilənddəki Milli Parkın gözəl Mitra zirvələrindək. Bu həqiqətən də, çoxsaylı heyranedici təbiət kontrastları ilə dolu cənnət yeridir. Yeni Zelandiya iki əsas adadan ibarətdir. Bunların hər ikisi öz gözəl mənzərələri ilə tanınır. Şimali adada Yeni Zelandiyanın ən iri şəhəri Oklend və əsas beynəlxalq qapılar yerləşir. Klenddən siz şimala subtropikə valeh edici sahillərə, delfinlərlə üzə biləcəyiniz çimərliklərə və iri kauri və nəhəng qıjılar görə biləcəyiniz meşələrə və ya cənuba geyzerlərə və Rotoruaya yollana bilərsininz.

Kol basmış göllər və vulkanlar, dünyanın ən sıx meşələri və beləcə paytaxt Vellinqton şəhərinədək. Kraysterç – Cənub ada qapıları, burada siz balinalara baxmaqdan və raftinqdən həzz alacaqsınız. Digər kontinentlərdən ayrı olduğuna görə Yeni Zelandiya çox zəngin vəhşi təbiətə, unikal və nadir birki, quş və həşərat növlərinə malikdir. Bunlardan ən tanınmışı qanadsız Kividir, hətta yeni Zelandiyalıları bəzən bu cür adlandırırlar. Həmçinin hea (dağ popuqayı), kaka popuqayı, Yeni Zelandiya tuisi və sarı gözlü pinqvin. Yeni Zelandiya sahillərində albatros, firtına quşu və pinqvin daxil olmaqla xeyli dəniz quşu yaşayır.

Yeni Zelandiya az ölkələrdəndir ki, bir gündə siz yaxından balina görə bilərsiniz, delfinlərlə üzə bilərsiniz, cənub kral albatrosunun nəcibliyindən zövq ala bilərsiniz.

Tuatara – dinozavrların yaşadığı dövrə aid olan sürünəndir, və yalnız Yeni Zelandiyada yaşayır. Burada nadir sahil hörümçəyi katipodan başqa heç bir ilan və zəhərli heyvan yoxdur. Yeni Zelandiya meşələri – tropik meşələr (qırmızı şam ağacı və s.) həmişə yaşıl ağac növləri və nəhəng ayı döşəklərindən ibarətdir. Yeni Zelandiya həmçinin çiçəklənən güllərin və ağacların (metrosideros) unikal növləri ilə zəngin ölkədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR