Dərc edildi: Baxış sayı: 522
Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası hədəfləri açıqladı
Azərbaycanda turizm sahəsi üzrə yeni qurum - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaradılıb.
Trend-in məlumatına görə, Assosiyasının sədri Rüfət Hacıyev bildirib ki, yeni ictimai qurumun yaradılmasında məqsəd sahibkarlar və dövlət qurumları arasında sıx əlaqələr formalaşdırmaq və möhkəm körpü yaratmaqdır:
"Son illər turizm sektorunun inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qarşıda duran əsas vəzifə dövlət başçısının tapşırığı və göstərişlərinə uyğun olaraq turizm sahəsində peşəkar və operativ yanaşmalar sərgiləməkdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət