Slimfit
  1. TEXNOLOGİYA

Yeni Xiaomi çamadanını yalnız doğru barmaqla açmaq olar

Yeni Xiaomi çamadanını yalnız doğru barmaqla açmaq olar
Sakura

Yenilik daktiloskopik ötürücü ilə təchiz olunub

Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, daktiloskopik ötürücülər təkcə smartfonlar və planşetlərə deyil, noutbuk, ağıllı qapı qıfıllarına da tətbiq edilir (özünüzlə açar gəzdirmək ehtiyacını aradan qaldırmaq üçün).

Bu istiqamətdə səfərlər üçün çamadanların istehsalında da irəliləmək mümkündür, Xiaomi şirkəti də belə qərar verərək 90 Minutes Smart Unlock Suitcase adlı ağıllı çamadanı təqdim ediblər.

Bu seriyanın əvvəlki modellərindən yeniliyi FPC isveç şirkətinin təchiz etdiyi daktiloskopik ötürücünün olması fərqləndirir. Çamadan üçün qıfıllar ABŞ Nəqliyyatın Təhlükəsizlik Administrasiyası (TSA) tərəfindən zədələnmədən açıla bilər.

İstifadəçilər çamadanın yaddaşında 5-ə qədər barmaq izi saxlaya bilərlər. AA tipli iki element yarım il istifadə müddətində lazımi enerji ilə sistemi təmin edir. Əgər batareyalar qəfil sıradan çıxsa, siz onları dəyişdirmək imkanı tapana qədər USB portdan enerji ötürülməsi və qıfılın açılması üçün istifadə edə bilərsiniz.

Çamadanın karkası alüminiumdan hazırlanıb, korpus möhkəm Makrolon polikarbonatdan hazırlanıb, yəni çamadanı və onun içərisindəkiləri zədələmək çox çətindir. Təkərlə təchiz olunmuş çamadan 14kq-a qədər çəkili əşyaları daşımaq üçün nəzətdə tutulub.

O Medium Yellow, Dark Green və Pure Black rənglərində olmaqla 145 dollar qiymətinə malikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR