Slimfit
  1. AZƏRBAYCAN

Yeni Vergilər Məcəlləsində kəndli üçün nələr dəyişib? – Torpaq satışına ağır vergi qoyuldu

Yeni Vergilər Məcəlləsində kəndli üçün nələr dəyişib? – Torpaq satışına ağır vergi qoyuldu
Sakura

Yeni Vergilər Məcəlləsində kəndli üçün nələr dəyişib? – Torpaq satışına ağır vergi qoyuldu

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi. Diqqəti çəkən maraqlı məqam bu oldu ki, vergi qanunverciliyi demək olar hər il dəyişsə də, heç vaxt bu qədər ictimai maraq və müzakirə doğurmamışdı. 

Qızğın müzakirənin ən başlıca səbəbi bu idi ki, Vergi Məcəlləsində həddən artıq geniş təbəqənin – şadlıq evlərinin ofisiantından tutmuş özəl sektorda çalışan həkimədək – maraqlarına toxunan məsələlər vardı.

Eyni zamanda, çoxlu sayda müstəqil ekspert də heç vaxt olmadığı qədər aktiv oldu, media və sosial şəbəkə vasitəsilə rəylərini bölüşdülər.

Amma bu müzakirələr ilboyu da ara verməməli, təkcə yeni dəyişikliklər yox, Məcəllədə olan, sadə vətəndaşlar və biznes (xüsusilə xırda biznes) üçün ağırlıq gətirən, manelər yaradan mexanizmlərin hamısı tənqid edilməli, növbəti dəyişikliklərdə onların təkmilləşdirilməsi (ya da ümumiyyətlə ləğvi) üçün zəmin yaradılmalıdır.

Məsələn, elə indi bu problemlərdən birini yazıram:

Söhbət Vergi Məcəlləsinin 218.4.5-ci maddəsindən gedir. Bu maddəyə görə, mülkiyyətində torpaq sahələri olan şəxslər bu torpaqları satarkən sadələşdiriilmiş vergi ödəməlidir.
Kənd təsərrüfatı təyinatlı torpaqlar üçün verginin məbləği torpaq vergisinin 2 misli qədərdir.
Lakin həyətyanı sahə olduqda, Bakı şəhəri üzrə hər kvadratmetr üçün 0.6-2 manat aralığında dəyişir, Gəncə, Sumqayıt və Xırdalan üçün isə 0.75 manatdır.
Ölkənin əyalət rayonları və kəndləri üçün vahid vergi məbləğidir – 0.25 manat.
Burda narahatlıq doğuran 3 məqam var:

1) Əgər vətəndaş tikili formasında daşınmaz əmlak satırsa və 5 il həmin əmlaka qeydiyyatı varsa, vergidən azadddır. Lakin lap 30 il əvvəldən sənə məxsus olsa da, zaman limiti qoyulmadan eyni qayda torpağa da şamil edilmir. Həm mənzil, həm torpaq daşınmaz əmlakdır və nədən hər ikisinə oxşar prinsip tətbiq olunmasın?
Məsələn, Gürcüstan qanunvericiliyində belədir – istər həyətyanı torpaq, istər tikili (mənzil) son 2 ildə sənə məxsus olubsa, vergidən azaddır.

2) Kəndlər üçün verginin məbləği torpaqların mövcud qiymətləri baxımından çox yüksəkdir. Hazırda Azərbaycanda turzim üçün cəlbedici olan, iri şəhərlərə yaxın kəndlər istisna olmaqla kəndlərin tam əksəriyyətində həyətyanı torpaq sahəsi çox ucuzdur. Məsələn, ucqar ərazilərdə, aran yerlərində 15-20 sot torpağın maksimum qiyməti 2000-3000 manat arasında dəyişir. 
Təsəvvür edin ki, 20 sot (2000 kvadratmetr) həyətyanı sahə üçün 500 manat səndən sadələşdirilmiş vergi tələb edilir. 3000, hətta 4000 manat qiyməti olan torpaq üçün 500 manat vergi görün əldə olunan vəsaitin neçə faizi edir. Bunun üzərinə 150 manatdan çox notarius və xidmətlərini də əlavə edəndə, yük lap ağırlaşır.

3) Rayon mərkəzləri ilə həmin rayonun inzibati ərazisi olan kənddə həyətyanı torpaq satışını eyni məbləğdə sadaləşdirlimiş vergi qoymaq nə iqtisadi, nə də Məcəllənin ədalət prinsipi baxımından doğrudur. Rayon mərkəzi və kənddə hər kv metr həyətyanı torpağın qiyməti arasında fərq azı 5-6 dəfə, bəzən daha çox olsun, amma eyni məbləğdə vergi tətbiq edilsin.

Torpaq alqı-satqısını ticarətə çevirənlərdən vergi tutulmağl normal qarşılamaq olar. Buna görə, məsələn, həyətyanı torpaq satışına vergini o zaman tətbiq etmək ədalətli olar ki, bu mülkiyyət, məsələn, azı son 3 ildən az müddətdə sənə məxsus olsun.

Amma 30 il mülkiyyətində olmuş şəxsi həyəyyanı sahəni satanda vergi ödəməyin zərurətini əsaslandırmaq çətindir. Rüsum ödəmək anlaşılandır və kəddə olan torpaq sahibi mülkünü satanda 150 manata qədər rüsum və xidmət haqqı formasında notarial xərcləri onsuz da çıxır.

Azdır bir az artsın, amma bir dəfə ödənsin…Bir sahəyə görə bir dəfə dövlət rüsumu və xidmət haqqı, bir dəfə vergi alınmasın…

Mənbə: Demokrat.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR