Slimfit
  1. AZƏRBAYCAN

Yeni vəkil orderinin istifadəsinə başlanılır

Yeni vəkil orderinin istifadəsinə başlanılır
Sakura

Yeni vəkil orderinin istifadəsinə başlanılır

Fevralın 1-dən etibarən Azərbaycan üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq. Bu barədə FaktXeber.com-a  Vəkillər Kollegiyasından bildirilib.

Məlumatda xatırladılıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2019-ci il tarixli qərarı ilə “Vəkil orderi və order markası haqqında” Əsasnamə qəbul olunub. Əsasnaməyə ilə vəkil orderinin yeni nümunəsi və ilk dəfə olaraq vəkil orderinin həqiqiliyinin müəyyən edilməsi məqsədilə order markasının forması təsdiq olunmuşdur. Rəyasət Heyətinin qərarına uyğun olaraq, 01.02.2019-cu il tarixdən etibarən Respublika üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.

Əsasnaməyə əsasən, 2 növdə vəkil orderi mövcuddur. Onlardan biri dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order, digəri isə müqavilə əsasında təqdim edilən orderdir. Bu orderlər öz rənglərinə görə də seçilirlər. Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order çəhrayı, müqavilə əsasında təqdim edilən order isə yaşıl rəngədidir. Yeni orderlər 2 nüsxədə tərtib olunur və vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir.

Order markaları yalnız müqavilə əsasında təqdim edilən yaşıl orderlərə yapışdırılırlar. Bundan başqa, order markaları xüsusi mühafizə nişanı ilə qorunur. Belə ki, markaya xüsusi cihazla ultrabənövşəyi şüalar altında baxdıqda orada Dövlət gerbinin həkk olunduğunu müəyyən etmək olar. Müqavilə əsasında təqdim edilən yaşıl orderin unikalığını order markasının nömrəsi təmin etdiyi halda, dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən çəhrayı orderin unkiallığını təmin etmək üçün orderi dolduran şəxs onu özü nömrələyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR