Dərc edildi: Baxış sayı: 492
Yeni vəkil bürosu fəaliyyətə başlayıb
Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bakı şəhəri 20 saylı vəkil bürosunun açılışı olub.
Vəkillər Kollegiyasından Azvision.az a bildiriblər ki, kollegiyanın sədri Anar Bağırov tədbirdə çıxış edərək vətəndaşların yüksək keyfiyyətli hüquqi xidmətlərlə təmin olunması üçün büronun zəruri avadanlıqla təmin edildiyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin ötən il fevralın 22-də imzaladığı Sərəncama uyğun olaraq bütün vətəndaşlar, habelə təşkilati və hüquqi formasından asılı olmayaraq bölgələrdə fəaliyyət göstərən idarə və qurumlar Bakı şəhəri 20 saylı vəkil bürosunun hüquqi yardım xidmətlərindən yararlana bilərlər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət