Dərc edildi: Baxış sayı: 821
Yeni Türkiyə qururuq, tarix 24 iyun... - Ərdoğan
ABŞ-la bağlı problemləri beynimə salmıram.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində xalq qarşısında çıxışı zamanı deyib. O, Türkiyənin ABŞ-ın sanksiyalarından narahatlıq duymadığını bildirib:
“Yeni bir Türkiyə qururuq. Bu, bizə nəsib oldu. Tarix 24 iyunu belə yazacaq.
ABŞ NATO müttəfiqi, strateji əməkdaşı olan 81 milyonluq Türkiyəyə arxa çevirirsə və Türkiyəni bir rahibə dəyişirsə, inciməsin. Biz bu yolda əmin addımlarla yeriyirik. Türkiyəyə hədə bir işə yaramaz. Biz hüquq dövlətiyik və əsla hüquqdan kənara çıxmayacağıq.
Bütün sənaye sahələrində istehsalçı bir Türkiyə var. Daha çox istehsal edəcəyik, daha çox qazanacağıq, heç narahat olmayın”.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət