Dərc edildi: Baxış sayı: 1058
Yeni trend – yanaq kiçiltmə əməliyyatı
Dünyada son vaxtlar dəbə düşən yanaq kiçiltmə əməliyyatı barədə nələr bilirik?
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu əməliyyat üçün ən çox üzlərinin böyük olduğundan şikayət edənlər müraciət edir. Mütəxəssislərin izahına görə, zaman keçdikcə üz özünü qoruma məqsədi ilə bədəndəki piyləri ora toplamağa başlayır. Bu isə sifəti böyüdür.
Yanaq kiçiltmə əməliyyatı ağzın içindən aparılır. Buna görə də, üzdə heç bir iz qalmır. Həkimlərin bildirdiyinə görə, bu əməliyyat çox sadədir. Lakin əməliyyatdan sonrakı 2-3 gün ərzində üzün çeynəmə əzələləri ağrıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət