Slimfit
  1. CƏMİYYƏT

Yeni tikililərdə mənzil alanlara xəbərdarlıq

Yeni tikililərdə mənzil alanlara xəbərdarlıq
Sakura

Yeni tikililərdə mənzil alanlara xəbərdarlıq

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsi eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edib.

Ens.az-ın məlumatına əsasən,bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb.

Bununla belə, tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq niyyətində olan vətəndaşlarımız da ayıq-sayıq olmalı, mənzil alqı-satqısı ilə bağlı öz hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar.

Bu sahədə vətəndaş məlumatlılığının artırılması və qeyd edilən qanunsuz əməllərə məruz qalma risklərinin minimallaşdırılması məqsədi ilə aşağıdakıları tövsiyə edirik:

1. Media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəyi, reputasiyanı öyrənmək.

2. Alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək.

3. Mənzil almazdan əvvəl müvafiq sorğularla yaşayış binasının tikintisinə müvafiq icra hakimiyyəti, yəni əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən icazə verilib-verilmədiyini, tikinti aparmasına icazə verilən şirkətlə faktiki tikintini icra edən şirkətin eyni olub-olmamasını dəqiqləşdirmək (təcrübədə tikintini icra edən podratçı şirkətin icazəsi olmadan qanunsuz mənzil satışını həyata keçirməsi hallarına rast gəlinib).

4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq.

5. Mənzil alınmadan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) “Çoxmərtəbəli yaşayış binasında mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarış sənədi olan mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil olmaqla, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı əldə etmək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR