Slimfit
  1. İQTİSADİYYAT

Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub

Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub
Sakura

Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub

13 oktyabr dəmir yolu nəqliyyatı işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan dəmir yolunun Şimal sərhəd qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub. Tədbirdə Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev, departamentin rəis müavini-vaqon xidmətinin rəisi Bəşir Əsədov və müvafiq strukturların əməkdaşları iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən alınan məlumata əsasən SİA xəbər verir ki, Yük daşımaları Departamentinin Şimal vaqon deposuna məxsus olan bu xidmət məntəqəsinin binası tamamilə müasir üslubda inşa edilib və burada fəaliyyət üçün hər cür imkanlar yaradılıb.

Yeni məntəqənin daxilində soyunub-geyinmə, növbətçi, dərs və mətbəx otaqları fəaliyyət göstərir. Rahat iş şəraitinin təmin edilməsi üçün binada avtonom istilik sistemi, kondisioner quraşdırılıb və su ehtiyatı üçün həyətdə çən qoyulub. Dərs otaqları lazımi plakat və digər əyani vəsaitlərlə, mebel dəstləri ilə, həmçinin kompüter və telefonlarla təmin edilib. İşçilərə yeni geyim formaları təqdim olunub. TXM –in fəaliyyəti respublikaya daxil olan və göndərilən qatarların tərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir.

Yeri gəlmişkən qeyd edək ki, Bakı- Dərbənd dəmir yolu xətti 1900-cu ildə istismara verilib və Azərbaycan Respublikası dövlət müstəqilliyinə qovuşana qədər vaqonların Texniki Xidmət Məntəqəsi Rusiya Federasiyası Şimali Qafqaz dəmir yolunun Dərbənd stansiyasında fəaliyyət göstərib. Respublikamıza daxil olan və buradan göndərilən qatarlara baxış həmin stansiyada həyata keçirilib. 1992-ci ildə Yalama Sərhəd Keçid Məntəqəsinin yaradılmasından sonra burada Texniki Xidmət Məntəqəsi binasının tikilməsi zərurəti ortaya çıxıb. Elə həmin il stansiyanın cüt boğazında TXM-in fəaliyyətə başlaması üçün, müvəqqəti olaraq, istismardan silinmiş bir örtülü vaqon qoyulub və uzun illər bu cür fəaliyyət göstərib. Nəhayət, 2017-ci ildə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni TXM binasının inşasına başlanılıb. Qış mövsümündə kifayət qədər soyuq havalarla müşahidə olunan bu ərazidə yeni xidmət obyektinin inşası çox mütərəqqi bir addımdır. Bu, həm də sərhəd bölgəsində fəaliyyət göstərən müəssisələrimizin abadlığı baxımından uğurlu hal sayılmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR