Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yeni test telefonun köməyilə 30 dəqiqə ərzində COVID-19-u aşkarlayır

Yeni test telefonun köməyilə 30 dəqiqə ərzində COVID-19-u aşkarlayır
Sakura

Yeni test telefonun köməyilə 30 dəqiqə ərzində COVID-19-u aşkarlayır

Ens.az bildirir ki, amerikalı alimlər smartfon üçün sadə və ucuz bir diaqnostik aksesuar hazırlayıblar. Qeyd olunur ki, ondan ev şəraitində ilkin diaqnostika üçün, o cümlədən COVID-19-a görə istifadə edilə bilər, həmçinin karantin tədbirləri zəiflədikdən sonra, hava limanlarında və digər ictimai yerlərdə koronavirusu aşkarlamaqdan ötrü insanların sürətli müayinəsi məqsədilə istifadə edilə bilər.

50 dollarlıq bu cihaz İllinoys Universitetinin alimləri tərəfindən hazırlanıb. Nümunədə virus və bakteriya varlığını təyin edir və smartfonun kamera bölgəsinə klips kimi yapışan kiçik bir cihazdır.

Klips, reagentləri olan kiçik bir kartricdən, həmçinin test üçün biomaterialın - bir damla qan və ya burnundan götürülən nümunənin tanıdılması portundan ibarətdir.

Test zamanı patogenin genetik materialı təxminən 10-15 dəqiqə ərzində bir neçə milyon nüsxəyə qədər çoxalır.

LED-lərin köməyi ilə virus RNT-ləri yaşıl rəngə boyanır, bunun sayəsində smartfon kamerası onları aşkarlaya bilər. Bütün test prosesi - biomaterialın cihaza yerləşdirilməsindən tutmuş nəticənin əldə olunmasına qədər - cəmi yarım saat çəkir.

Tədqiqatın həmmüəllifi olan Brayan Kanningem, "Bu cür test təyyarə minmək, konsert və ya konfransa daxil olmaq ərəfəsində aparıla bilər" deyib. Qəti karantin tədbirləri altında, ev müayinəsi üçün də uygundur. Cihaz bunun üçün lazımi həssaslığa malikdir, alimlər deyirlər.

İndi komanda cihazın özü və onunla birlikdə olan COVID-19 sınağının kütləvi istifadəyə verilməsindən əvvəl son hazırlıq mərhələlərini tamamlayır.

Hal-hazırda bütün dünya alimləri COVID-19 üçün ən təsirli və əlverişli testin müxtəlif variantları üzərində işləyirlər. Yale Universiteti Komandası özünün yeni ev şəraitində tüpürcək testini təqdim edib.

 

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR