Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Yeni tədris ilinə hazırıqmı?

Yeni tədris ilinə hazırıqmı?
Sakura

Yeni tədris ilinə hazırıqmı?

Sabah, yəni 15 sentyabr tarixində 2018-2019-cu dərs ilinin ilk günə start veriləcək. Hər il olduğu kimi bu ildə yeni tədris ili ilə bağlı ölkəmizdə mühüm hazırlıq işləri aparılıb, uşaqların yüksək şəraitdə təhsil almaları istiqamətində mühüm addımlar atılıb.

Bu il ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagird təhsil alacaq

İlk növbədə bildirək ki, 2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur ki, onun da 442 147 nəfər şagirdi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin payına düşür. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq. Bundan başqa yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

İlk dərslər vətənpərvərlik mövzusunda olacaq”

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Paytaxtda 4 yeni təhsil ocağı inşa edilib

2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin (ümumilikdə 4 məktəb) inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılır.

“5000-dən artıq namizəd müəllim adını qazanıb”

Tədrisdə şagirdlərin yüksək təhsil almalarında müəllim faktoru da önəmlidir ki, yeni 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artıb.

“ Yeni tədris ilinə 332 adda 6 726 029 nüsxə dərslik çap edilib”

Hər kəsə məlumdur ki, Azərbaycanda dərsliklər dövlət tərəfindən pulsuz şəkildə şagirdlərə paylanılır. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar. Məlumatda həmçinin bildirilir ki, 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

“Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək”

Təhsilin keyfiyyətinə təsir edən mühüm məqamlardan biri məktəbəqədər hazırlıq qruplarıdır ki, 2016-cı ildə hökumətin bununla bağlı xüsusi qərarı əsasında bu iş dövlət hesabına təşkil olunur. Nəticədə bir neçə il əvvəl bu sahədə başqa ölkələrdən çox geridə qalan Azərbaycanda sıçrayış xarakterli dinamika müşahidə olunub. Ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə 2017-2018-ci tədris ilində məktəbəqədər təhsilin əhatəliliyi xeyli genişləndirilib. Yeni tədris ilində də Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Yeni tədris ilində hansı yeniliklər olacaq?

Yeni tədris il mühüm yeniliklər də yadda qalacaq. Belə ki, 2018-2019-cu tədris ilində "Sağlam təhsil-sağlam millət” layihəsinin məktəbəhazırlıq qruplarında tətbiqinə də başlanılacaq. Bundan başqa yeni tədris ilində kurikulumlar XI sinifdə tətbiq ediləcək. Bu, uzun və çətin proses çərçivəsində hər bir fənn üzrə yeni məzmun standartları hazırlanıb, yeni məktəbdaxili qiymətləndirmə mexanizmi yaradılıb və tətbiq edilib. Bundan başqa, ölkəmiz bu il keçiriləcək PISA, 2019-cu ildə isə TIMSS beynəlxalq qiymətləndirməsində də iştirak edəcək. Bu isə şagird nailiyyətlərinə təsir edən amillərin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edəcək. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar da Təhsil Nazirliyinin maraq dairəsindədir.

Qeyd edək ki, bu il orta məktəblərdə “Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçiriləcək. Lakin 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər. Həmin məktəb və siniflərdə ilk dərs günü sentyabrın 17-də olacaq.

Mənbə: SİA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR