Slimfit
  1. TEXNOLOGİYA

Yeni smartfonların ekranını cızmaq demək olar ki, mümkün olmayacaq

Yeni smartfonların ekranını cızmaq demək olar ki, mümkün olmayacaq
Sakura

O, cızıqlara qarşı Gorilla Glass 6-dan 2 qat daha davamlıdır.

Bu gün demək olar ki, bütün smartfonlarda  Corning şirkətinin  Gorilla Glass şüşəsi ilə qorunan ekranlar var.  Bugünki telefonların sələflərindən nəzərəçarpan dərəcədə güclü olmasını məhz ona borcluyuq.  Və Gorilla Glass hələ ki möcüzə vəd etmir - on il əvvəl olduğu qədər aktiv olmasa da,  ekranın şüşəsi yenə də cızılır və sınır .  Lakin hərşey Corningin  yeni məhsulu - Gorilla Glass Victus ilə dəyişə bilər.

Ekspertlərin qeyd etdiyi kimi, Gorilla Glassın son şüşələri nəsildən-nəsilə yüksəldilmiş möhkəmliklə fərqlənmir. Məsələn,  2014-cü ildə çıxan Gorilla Glass 3, altıncı versiyasına qədər olan  davamçılarına nisbətən  cızılmağa  daha davamlıdır.

https://youtu.be/90niXuHoHp4   

 İstehsalçıya görə Gorilla Glass Victus-un cızılması çox çətin olacaq. O, cızıqlara qarşı Gorilla Glass 6-dan 2 qat daha davamlıdır. Gorilla Victus şüşəli telefon iki metr yüksəklikdən düşsə də ekranı salamat qalacaq.  Corning, qum hissəciklərinin və açarların hələ də Victus-u cıza biləcəyini iddia edir, lakin bu, Gorilla Glassın əvvəlki nəsillərinə nisbətən daha çətin olacaq.

 Gorilla Glass Victus ilə ilk smartfonlar bu il gözlənilir. Ehtimal ki, növbəti  ildə də  yüksək  və orta qiymət seqmentlərində  əksər smartfonlar  buraxılacaq.

Mənbə: tech.onliner.by

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR