Slimfit
  1. SİYASƏT

“Yeni sazişlə bağlı danışıqlarda irəliləyiş var” - Aİ rəsmisi

“Yeni sazişlə bağlı danışıqlarda irəliləyiş var” - Aİ rəsmisi
Sakura

“Yeni sazişlə bağlı danışıqlarda irəliləyiş var” - Aİ rəsmisi

Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır. 

Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihəninin təqdimatı zamanı deyib.
Səfir qeyd edib ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, bu sazişi yeni nəsil saziş adlandırmaq olar: 

“Bizim hazırki münasibətlərimizin əsasları 90-cı illərin ortalarında qoyulub və təbii ki, bu əsasların yenilənməsinə ehtiyac var. Çünki hər iki tərəf bu tərəfdaşlığı inkişaf etdirmək istəyir və bunun üçün müasir, möhkəm və yenilənmiş əsaslar lazımdır”. 

Səfir, həmçinin qeyd edib ki, yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR