Yeni Samsung Galaxy M50 yaxın günlərdə təqdim olunacaq
İnternet şəbəkədə Samsung Galaxy M50 smartfonunun yeniliyinin tezliklə təqdim ediləcəyi barədə məlumatlar paylaşılıb.
Xatırladaq ki, M40-ın aktual versiyası 2340x1080 piksel göstəricili 6,3 düymlük ekrana, həmçinin 32 meqapiksellik əsas modullu üçlü kameraya malikdir. Cihazın məhsuldarlığına görə güclü Snapdragon 675 prosessoru və 6 GB operativ yaddaş məsuliyyət daşıyır. Smartfon, həmçinin 128 GB daimi yaddaşa malikdir.
Yeniliklərə gəldikdə, burada təkmilləşdirilmiş kamera, qabaqcıl Snapdragon 7 Series çipsetini misal göstərmək olar. İstehsalçılar hələ ki, təqdimatın tarixini gizlətdiklərinə baxmayaraq, Samsung Galaxy M50 smartfonunun debütünün cari ayın ortalarına qədər həyata keçə biləcəyi ehtimal edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət