Slimfit
  1. AZƏRBAYCAN

Yeni quraşdırılan liftlər istismara verilmir?

Yeni quraşdırılan liftlər istismara verilmir?
Sakura

Yeni quraşdırılan liftlər istismara verilmir?

 Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyi Bakıda çoxmərtəbəli binalarda yeni quraşdırılan liftlərin istifadəyə gecikməsi məsələsinə aydınlıq gətirib. 

Birlikdən Oxu.Az-a verilən açıqlamaya görə, Nizami rayonunda çoxmərtəbəli binalarda yeni quraşdırılan liftlər yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək:

“Bu ayın sonuna kimi sözügedən rayon üzrə 100 lift istismara verilməlidir. Artıq yeni liftlər quraşdırılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən liftlərin istismarına rəy verilməsə, onları heç kim istismara qoşa bilməz. Yeni lift quraşdırılıb, sadəcə, vətəndaşlar bir az da səbr etməlidir.

Liftlərin qapılarının 2 mm aralı qaldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Nizami rayonunda çoxmərtəbəli binalarda quraşdırılan liftlər Almaniyadan gətirilib və bu ayın sonuna kimi istimara yararlı olacaq”.

Qeyd edək ki, vətəndaşlar Nizami rayonunda çoxmərtəbəli binalarda yeni quraşdırılan liftlərin istismara verilməməsindən şikayətçidirlər. 

Şikayətçilər iddia edir ki, liftin qapılar 2 mm aralı qaldığı üçün FHN liftin istismarı üçün rəy vermir. 

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR