Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Yeni qəbul proqramında abituriyentlərin xeyrinə olan zəruri dəyişiklər – Əlavə şanslar

Yeni qəbul proqramında abituriyentlərin xeyrinə olan zəruri dəyişiklər – Əlavə şanslar
Sakura

Yeni qəbul proqramında abituriyentlərin xeyrinə olan zəruri dəyişiklər – Əlavə şanslar

“Yeni qəbul qaydalarında abituriyentlər üçün bəzi müsbət dəyişiklər edilib. Onlardan biri, buraxılış imtahanlarının nəticələrinin 2 il qüvvədə qalmasıdır. Abituriyent bu nəticə ilə cari və növbəti tədris illərində ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Adil Vəliyev deyib. Onun sözlərinə görə, qaydalarda abituriyentlərin xeyrinə bir sıra dəyişikliklər edilib:

“Yeni qəbul qaydalarında abituriyentlər üçün bəzi müsbət dəyişikliklər edilib. Onlardan biri, buraxılış imtahanlarının nəticələrinin 2 il qüvvədə qalmasıdır. Abituriyent bu nəticə ilə cari və növbəti tədris illərində ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Əgər abituriyent istəyərsə, müvafiq tədris ilindən yenidən qəbul imtahanının I mərhələsində iştirak edə bilər”.

Adil Vəliyev imtahanının I mərhələsinin maksimum 300, II mərhələsinin isə maksimum 400 balla qiymətləndiriləcəyini vurğulayıb:

“I qrup üzrə imtahana daxil olan abituriyent növbəti şans zamanı IV qrupdan imtahan verə bilər. Jurnalda qəbul imtahanına düşəcək açıq tipli suallardan da nümunələr verilərək izah edilib”.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR