Slimfit
  1. CƏMİYYƏT

Yeni qadağa hansı halda ola bilər? – Həkim

Yeni qadağa hansı halda ola bilər? – Həkim
Sakura

Yeni qadağa hansı halda ola bilər? – Həkim

Karantin davranışlarının pozulması yoluxma üçün ən başlıca faktordur.

Ens.az xəbər verir ki, bu sözləri Axar.az-a həkim professor Adil Qeybulla çimərliklərdə yaşanan sıxlığın yoluxmanın artımına səbəb olacağı barədə danışarkən deyib.

“Sosial məsafənin qorunması təkcə qapalı yerlərdə, ictimai nəqliyyatda, marketlərdə deyil, həmçinin çimərlik kimi açıq havada da zəruri amillərdən biridir. Sosial məsafə qorunmazsa və karantin qaydalarına riayət edilməzsə, təbii ki, yoluxmanın artması qaçılmazdır. Və bu da fəaliyyətinə icazə verilmiş müəssisələrin yenidən qapanmasına səbəb ola bilər. Ümumiyyətlə, fəaliyyətinə icazə verilmiş hər bir müəssisə üçün iş planı hazırlanmalıdır”.

A.Qeybulla qeyd edib ki, biz adətən rəsmi yoluxma məlumatı əsasında fikir yürüdürük:

“Amma bu, yalnız stasionar müalicənin nəticəsidir. Nəzərə alaq ki, ambulator şəraitdə, evdə müalicə olununan xəstələrin sayı xəstəxanada yatanlardan bir neçə dəfə çoxdur”.

Həkim Abşeron yarımadasında böyük yoluxma potensialının məhz karantin davranışlarının pozulması ilə bağlı olduğunu qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR