Slimfit
  1. AVTO VƏ MOTO

Yeni "Porsche 911 Turbo S" modelini siz də tanıyın!

Yeni "Porsche 911 Turbo S" modelini siz də tanıyın!
Sakura

Yeni "Porsche 911 Turbo S" modelini siz də tanıyın!

Keçən il Edo Competition atelyesi xüsusi Olive Green rənginə boyanmış Porsche 911 Turbo S Cabriolet kabrioletini nümayiş etdirmişdir. Bu yaxınlarda atelyenin electron poçtuna daha bir avtomobilin sifarişi daxil olub. Müştəri eyni rəngə və tərtibata malik olan kabrioleti əldə etmək istədiyini bildirib.

Atelye nümayəndələri müştərinin sifarişini yerinə yetirmək üçün kiçik yürüyüşə malik olan 911 Turbo S kabrioletini taparaq onu satın alıblar. Avtomobilin üzərindəki çalışmalar dörd həftə çəkib. İlk növbədə kabrioletin kuzovu Olive Green rənginə boyanıb. Məlum məsələdir ki, işlər boya ilə bitməyib: atelye mütəxəssisləri kabrioletin güc aqreqatını da təkmilləşdiriblər.

Kabriolet xüsusi güc artırma dəsti və yeni buraxılış sistemi ilə təchiz edilibdir. Nəticədə mühərrikin gücü 675 at qüvvəsinə, fırlanma anı isə 850 Nm-ə qədər artırılıbıdr. Tüninq keçmiş kabriolet 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir və 350 km/saat maksimal sürət həddinə malikdir.

Xatırladaq ki, adi Porsche 911 Turbo S Cabriolet modeli 580 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 3,8-litrlik  altı silindrli mühərrik ilə təchiz edilir. Kabriolet 100 km/saat həddinə  3,0 saniyəyə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir.

Mənbə: Autograph.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR