Slimfit
  1. AVTO VƏ MOTO

Yeni Porsche 911 ilk xüsusi versiyaya sahib olub

Yeni Porsche 911 ilk xüsusi versiyaya sahib olub
Sakura

Yeni Porsche 911 ilk xüsusi versiyaya sahib olub

992 seriyasından olan yeni Porsche 911 sportkarı 2018-ci ilin noyabr ayında debüt edib. Buna baxmayaraq, sportkar yalnız ikinci onilliyin başlanğıcında ilk xüsusi versiyaya sahib olub. Belgian Legend Edition adını almış xüsusi seriya, belçikalı pilot Jaki İksin 75 illik yubileyinə və onun 1970-1980-ci illərdə Porsche markasının idman uğurlarına verdiyi əvəzsiz töhfəsinə həsr edilib.

Xüsusi seriyadan olan sportkarı alman markasının Belçika idxalçısı D’Ieteren şirkəti sifariş edib. Xüsusi versiyanın yaradılması zamanı, Porsche Exclusive Manufaktur və Style Porsche şöbələrinin mütəxəssisləri Jaki İksin ağ və mavi dəbilqəsi əsas götürüblər. Onlar xüsusi versiyanı  Porsche 911 Carrera 4S modelinin bazasında inşa etməyə qərar veriblər.

Xüsusi seriyadan olan kupe bənzərsiz X-Blue çalarına boyanıb. Yeni çalar, tarixi rəngləri də yenidən canlandırmağı təklif edən Paint To Sample proqramı çərçivəsində 992 modeli üçün seçilmiş ilk rəngdir.

Belgian Legend Edition seriyasının digər xüsusiyyətləri arasında Jaki İksin imzası və Belçika bayrağı olan orta dayağa vurulmuş lövhəcik, lazer oymasına və unikal rənglərə sahib olan 20-21 düymlük Carrera Classic təkər diskləri, ön paneldə, oturacaqlarda və qapı panellərində həkk edilmiş X-şəkilli Pebble Grey tikişi olan qara dəri ilə üzlənmiş salon, kandarlara vurulmuş Belgian Legend Edition loqotipi və dirsəkaltına həkk edilmiş Jaki İksin imzası vardır.

Xüsusi seriyadan olan Porsche Carrera 4S modelinin təchizatına 18 istiqamətdə elektriklə tənzimlənən, Pebble Grey haşiyələri ilə bəzədilmiş, 911 hərfləri həkk edilmiş başlıqları olan və kürək hissəsi dəri ilə üzlənmiş idman oturacaqları daxildir.

Porsche 911 Belgian Legend Edition modeli 75 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır. Sportkar yalnız Belçikada satılacaqdır.

Jaki İks «Le Manın 24 saat» yarışlarının altıqat qalibidir. Buna səbəbdən də ona fəxri  «Müsyo Le Man» («Monsieur Le Mans») fəxri ləqəbi verilib. Bu marafondakı altı qələbəsindən dördünü İks  Porsche modelinin sükanı arxasında qazanıb ki, bunlardan üçü 540 at gücünə malik olan 936/77 sportprototipi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR