Dərc edildi: Baxış sayı: 500
Yeni partiya yaradıldı: Kvirikaşvili geri qayıdır
Gürcüstanda yeni siyasi birlik - Gürcüstan üçün Lelo Partiyası yaranıb.
Axar.az xəbər verir ki, yeni partiyanın sədrinin Mamuka Xazaradze olacağı vurğulanıb. Yeni partiyanın tərkibinə Yeni Sağçılar Partiyasının da daxil olacağı bildirilib. Partiya əsas hədəfinin yeni parlament seçkisində qələbə qazanmaq olduğunu söyləyib.
Xazaradze jurnalistlərə açıqlama verərək, keçmiş baş nazir Georgi Kvirikaşvilinin siyasətə qayıtmaq fikrində olduğunu bildirib. O, Kvirikaşvilinin onun partiyasında yer alacağına ümid etdiyini deyib.
Qeyd edək ki, Xazaradze bundan öncə Lelo Partiyası yaradıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət