Yeni pandemiya təhlükəsi: Çində daha bir qorxulu epidemiya başlayır
Çinli alimlər insanlar üçün potensial təhlükəli və daha bir pandemiyaya səbəb ola biləcək donuz qripinin yeni tipini aşkarlayıblar.
Bu barədə “The İndependent” yazıb.
Yeni ştamm G4 EA H1N1 adlandırılıb və ölkədə heyvan kəsimi məntəqələrində donuzların burnundan götürülən 30 min yaxma əsasında müəyyən edilib. Alimlərin fikrincə, virus 2009-cu ildə dünyada yüz minlərlə insanın həyatına son qoyan quş qripi və H1N1-nin qarışığıdır.
Xəstəlik ölkənin 10 əyalətində aşkarlanıb. Bundan əlavə, donuz ferması işçilərinin 10 faizinin qanında G4-ə anticism aşkar edilib.
İnfeksionistlər yeni virusların öyrənilməsinə laqeyd yanaşmamağı məsləhət görüblər.
“Qrip bizi təəccübləndirə bilər”, - deyə təkamülçü bioloq Marta Nelson vurğulayıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət