Slimfit
  1. AVTO VƏ MOTO

Yeni növ benzin nümayiş etdiriləcək: bu yanacaq tullantılardan əldə olunur

Yeni növ benzin nümayiş etdiriləcək: bu yanacaq tullantılardan əldə olunur
Sakura

Avtomobil benzinini artıq tullantılardan almaq mümkündür

İnnovativ yanacaq Almaniyanın Hokenhaym şəhərində DTM yarış seriyasının son mərhələsində təqdim ediləcək.

Karbon qazı tullantılarını 2025-ci ilə qədər 30% azaltmağı qarşısına məqsəd qoyan Audi markası bu məqsəd üçün aşağı karbonlu benzin hazırladı. Bu layihədə avtomobil istehsalçısının partnyoru yanacaq və mühərrik yağı istehsal edən Aral oldu.

Yeni növ benzinin yarısı tullantılardan əldə edilən yüksək keyfiyyətli yenilənən komponentlərdən ibarətdir. Xüsusiyyətlərinə görə, innovativ məhsul DTM avtomobillərində istifadə olunan Aral Ultimate 102 yarış benzininə tam uyğundur.

Yeni benzinin stenddə sınaqdan keçirilməsi

Hokenhaymda aşağı karbonlu benzinin potensialını nümayiş etdirmək üçün hər biri ən yüksək göstəricisi 640 at gücündə 2 litrlik turbo mühərriklə təchiz edilmiş iki Audi RS 5 DTM yarış taksisini onunla dolduracaqlar.

Audi nümayəndəsi sınaq nəticələrinə görə yeni yanacağa keçmək üçün mühərrik modifikasiyasının tələb olunmadığı vurğulayıb. Buna baxmayaraq aşağı karbonlu benzin mühərrikləri öz xüsusiyyətlərini saxlayır və xidmət müddəti azalmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR