Slimfit
  1. TEXNOLOGİYA

Yeni nəsil “iPhone” qurğularının texniki xüsusiyyətləri məlum olub

Yeni nəsil “iPhone” qurğularının texniki xüsusiyyətləri məlum olub
Sakura

Yeni nəsil “iPhone” qurğularının texniki xüsusiyyətləri məlum olub

“Apple” şirkəti 2019-cu ilin payızında üç yeni nəsil smartfon təqdim etməyi planlaşdırır. Həmin qurğular yeni “A13” prosessoru, üçüncü əsas kamera ilə təchiz ediləcək və korpusun qalınlığı bir qədər artacaq.

ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Xs” və “Xs Max” smartfonlarının xarici görünüşü əvvəlkilərdən fərqlənməyəcək, onların korpusu yarım millimetr qalın olacaq.

Smartfonlar çox geniş baxış bucağına malik üçüncü əsas kamera ilə təchiz ediləcək. Yeni “iPhone Xr” smartfonunda optik zumu dəstəkləyən əlavə kamera modulu quraşdırılacaq.

Yeni cihazlar, həmçinin simsiz enerjidoldurma texnologiyasına malik olacaqlar.

Yeni qurğuların “iPhone 11” və ya “XI” adlandırılacağı güman edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR