Slimfit
  1. SİYASƏT

Yeni müharibə genişmiqyaslı olacaq, Yerevan torpaqları qaytarmalıdır — Rusiyalı politoloq

Yeni müharibə genişmiqyaslı olacaq, Yerevan torpaqları qaytarmalıdır — Rusiyalı politoloq
Sakura

Yeni müharibə genişmiqyaslı olacaq, Yerevan torpaqları qaytarmalıdır — Rusiyalı politoloq

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçmiş prezident Robert Köçəryanla görüşüb.

Onun bu görüşü erməni mətbuatında geniş rezonans doğurub və Ermənistanın Xarici işlər nazirliyi bu görüşdən narazı qalıb. Erməni KİV-inin xəbərinə əsasən, Sergey Kopırkin həm də Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanla da söhbət edib. Bu görüş də erməni cəmiyyətində əlavə gərginliyə səbəb olub. Bəzi aktivistlər bunu “ölkə işinə xaricilərin müdaxiləsi” kimi dəyərləndirib. Ermənistanın “Baqramyan 26” teleqram-kanalı bu məsələ ilə bağlı yazıb ki, rus səfir arzuolunmaz şəxs elan edilə bilər. Anoloji hadisə Rusiyanın Belorusdakı səfiri Mixail Babiçlə də baş verib. Bununla yanaşı, Ermənistanda anti-Rusiya abu-havası hökm sürsə də, Rusiyadan silah idxalından danışılır (təbii ki, kreditə, çünki Ermənistan büdcəsində pul yoxdur). 

Ölkə.Az” xəbər verir ki, Media.az  rusiyalı analitik, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya silah ticarəti analizi mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanındakı ictimai şuranın üzvü İqor Korotçenko ilə söhbətləşib.

-Qəribə deyilmi, Rusiyanı mühakimə edirlər, söyürlər və hətta Rusiya səfirini arzuolunmaz şəxs elan etmək barədə danışırlar və eyni zamanda da Rusiyadan silah idxalını gündəmə gətirirlər?

-Əvvəlcə onu deyim ki, Robert Köçəryan siyasi motivlərə görə təqib edilir. Bu sadəcə Paşinyanın qisasıdır. “İfritə ovu” istənilən demokratik ölkədə yolverilməzdir. Burada şəxsi hesablaşmadan başqa heç nə yoxdur. Bu, ümumi olaraq təkcə Robert Köçəryan və Yuriy Xaçaturova aid deyil, eyni zamanda bir çoxlarına aiddir. Yerevan hazırda 1937-ci il represiyalarını yaşayır.

Rus səfirinə gəldikdə isə, o, digər diplomatlar kimi, Ermənistanın müxtəlif siyasi xadimləri ilə görüşür. Böyük Britaniya və digər ölkələrin də səfirləri belə edir. Bu, səfirin aktiv fəaliyyətində adi təcrübədir. Bütün dedi-qodu və şayələr isə, yumşaq dillə desək, rus-erməni dostluq münasibətlərinin xarakterinə uyğund eyil. Eyni zamanda, diplomatik fəaliyyətin bütün məntiqinə ziddir.

Niyə Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırıb bəyan etmir ki, Yerevanda amerikalı diplomatların sayı çoxdur. Orada səfirliyin yarısı rütbəli şəxslərdir. Qoy Paşinyan tələb etsin ki, 300-400 diplomat Ermənistan ərazisini tərk etsin. Rusiya səfirinə rəsmi Yerevan tərəfindən etiraz axmaqlıqdır. Bu, Ermənistanın öz ayağına atəş açması deməkdir.

-Bununla yanaşı, Ermənistan külli miqdarda Rusiya silahı istəyir...

-Bəli, kreditə silah almaq vacib məqamdır. Söhbət “Su-30SM” qırıcılarından gedir. Belə bir qırıcının qiyməti 50, bəlkə də 70 milyon dollardır. Qiymətin dəyişməyinə səbəb isə “hava-hava”, “hava-torpaq” raket komplektasiyası və digər faktorlardır. Buna görə də vəziyyət çox qəribədir. Əgər Ermənistan Rusiyaya dost ölkədirsə, ən azı Paşinyan Putinin mövqeyini nəzərə almalıdır. Putin çıxışında bildirib ki, Robert Köçəryan onun şəxsən dostudur və münasibətləri davam edir.

Əgər Ermənistan Rusiyadan kreditə silah almaq istəyirsə, Rusiya səfirliyinə qarşı diqqətli olmalıdır. Əks halda, əgər Yerevan Rusiyaya diş qıcayırsa, o zaman öz şəxsi vəsaiti hesabına silah alsın. Ermənistan suveren ölkədir, bütün məsələ maliyyə resurslarındadır. Bu resurslar isə Ermənistanda yoxdur. Hətta nüfuzlu erməni diasporu da Ermənistan iqtisadiyyatına sərmayə qoymağa tələsmir.

Təbii ki, Nikol Paşinyan “iqtisadi inqilab”dan danışır, hansısa ümumdaxili məhsulun güclü templə artdığını deyir. Əgər belədirsə, gəlin ilin sonunu gözləyək, baxaq görək Ermənistanda pensiya və maaşlar necə olacaq, erməni xalqının həyat səviyyəsi nə dərəcədə yaxşılaşacaq.

Erməni xalqı Paşinyandan nə istəyir? Ermənistanı inkişaf etdirmək və stabillik. Amma hələlik çılpaq şüarlardan, korrupsiya ilə epataj mübarizədən, şəxsi hesablaşmadan başqa heç bir hadisə baş vermir. Mən şəxsən erməni xalqına bu günkündən yaxşı yaşamağı arzulayıram.

-Bunun üçün nə etmək lazımdır?

-Təbii ki, ilk növbədə Dağlıq-Qarabağ münaqişəsini başa çatdırmaq, işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq, sonra isə Dağlıq Qarabağın status məsələsi ilə məşğul olmaq lazımdır. Ən azı 7 rayon qaytarılmalıdır. Və ya vəziyyəti dəyişmək üçün 5 rayon qaytarılmalıdır.  Hələlik isə biz danışıqlar fonunda eskalasiya, Ermənistanın Müdafiə nazirliyindən hərbi bəyanatlar müşahidə edirik. Axı diplomatlar danışanda silahlar susmalıdır.

Ermənistanın müdafiə nazirliyinin hərbi ritorikası ən azı Yerevanın ikili mövqeyindən xəbər verir. Bu isə yaxşı heç nə vəd etmir.
Bu gün baş verənlər, Ermənistanın son hərəkətləri vəziyyəti yeni müharibəyə sürükləyir. Yeni müharibə isə Aprel müharibəsindən daha miqyaslı olacaq, yüzlərlə qurbana səbəb olacaq. Kiminsə atası, anası ölənlər üçün ağlayacaq. Qadınlar ərsiz, uşaqlar atasız qalacaq. Buna görə də Yerevanın hərbi ritorikası kontrproduktivdir. Əraziləri qaytarmaq lazımdır. Onları əbədi işğal etmək olmaz. Azərbaycan və Türkiyənin iqtisadi blokasını aradan qaldırmaq üçün yeniliklər lazımdır. Əgər bunlar yoxdursa, Paşinyan hansı iqtisadi inqilabdan danışır?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR