Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Yeni məktəbli formaları bu qiymətə satılacaq

Yeni məktəbli formaları bu qiymətə satılacaq
Sakura

Yeni məktəbli formaları bu qiymətə satılacaq

Növbəti tədris ili üçün yenilənən məktəbli formalarının satış qiymətləri məlum olub.

"Ölkə.az" xəbər verir ki, "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov "Xəzərxəbər"ə açıqlamasında bildirib ki, formalar boz ətək, şalvar, jaket və mavi köynəkdən, 2-ci komplekt isə göy şalvar, jaket və ağ köynəkdən ibarət olacaq:

"2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Artıq istehsala da start verilib. Ötən il valideynlər narazılıq etdilər ki, ölçüləri tapa bilmirik. Ona görə də bu il əvvəldən vaxtımız çox olduğu üçün bütün parçaları sifariş etdik. Parçalar Türkiyə və Belarusiyadan gəlir. Artıq tikib anbarlara yığırıq. Bu il formalarla bağlı problem olmayacaq.

Ətək və şalvarlar yun tərkibli parçalardan ibarətdir və qiyməti 25 manatdır. Köynəklər qısaqol və uzunqol 15 manatdır. Yerli istehsal olan jaketlər 25, Türkiyədən aldıqlarımız isə 30 manatdır".

Elm və Təhsil Nazirliyindən bildirilib ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR