Slimfit
  1. CƏMİYYƏT

Yeni medal təsis edildi: kimlərə veriləcək?

Yeni medal təsis edildi: kimlərə veriləcək?
Sakura

Yeni medal təsis edildi: kimlərə veriləcək?

Biz düşündük ki, diaspor fəaliyyətində xidmətə görə xüsusi medalın təsis olunmasına ehtiyac var. Belə bir təşəbbüslə çıxış etdik və Milli Məclis bu qanunu artıq qəbul edib.

Axar.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfansəında bildirib.

O, bu medalın diaspor fəaliyyətində həqiqi xidmətləri olan şəxslərə veriləcəyini vurğulayıb.

F.Muradov onu da bildirib ki, ötən müddət ərzində diaspor gənclərinin 1-ci və 2-ci yay düşərgəsi keçirilib. Bu düşərgələrə 54 ölkədən 700-dən çox müraciət daxil olub. 48 ölkədən 280 azərbaycanlı gəncin iştirakı ilə birinci düşərgə keçən il Şəkidə, ikinci düşərgə bu il Şamaxıda keçirilib:

“Bu qəbildən olan digər hadisə - “Azərbaycan Diaspor Könüllüləri” Proqramına başlanılıb, könüllülər proqram üzrə təlim və işlərə cəlb edilib”.

Komitə sədri bildirib ki, DİDK xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsini bitirib:

“Bir neçə dövlət qurumunun rəyi qalıb. Bir neçə ölkənin təcrübəsi öyrənilib. Bunlar Polşa, Gürüstan, Almaniya və Türkiyə kimi ölkələrdir. Bu gün Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq biz onları diaspor saymırıq. Onlar köklü xalqdır. Türkiyə və Qazaxıstanda yaşayanlar bizim soydaşlarımızdır. Ona görə də qanunda diaspor və soydaş anlayışlarına aydınlıq gətirilib. Bunlar hamısı qanunun predmetidir. Yeni parlament formalaşandan sonra bu qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR