Slimfit
  1. CƏMİYYƏT

Yeni kino konsepsiyasının layihəsini nazirliyin otaqlarında illərdir çürüdən kimlərdir...

Yeni kino konsepsiyasının layihəsini nazirliyin otaqlarında illərdir çürüdən kimlərdir...
Sakura

Yeni kino konsepsiyasının layihəsini nazirliyin otaqlarında illərdir çürüdən kimlərdir...

Hüseyn Mehdiyev: “Prezidentin sərəncamından ilyarımdan çox vaxt keçib, amma konsepsiya ortada yoxdur”

Bir neçə ildir ki, ölkənin tanınan, peşəkar kinematoqrafları Azərbaycanda müasir kinonun çağırışlarına, tələblərinə uyğun yeni kinematoqrafiya konsepsiyasının hazırlanaraq qəbul edilməsinin tərəfdarı kimi çıxış ediblər. Təbii ki, bu çağırışlar bəzi kino məmurlarının maraqlarına uyğun gəlmədiyi üçün, bu konsepsiyanın adını belə çəkmirdilər. 

Bu məsələ Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamında öz əksini tapıb.

Artıq ilyarımdır ki, bu konsepsiyanın hazırlandığı barədə məlumatlar verilir, ancaq hələ də “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi tamamlanmayıb, yarımçıq vəziyyətdə qalıb. Bunu kinematoqraflar deyirlər. Kinematoqraflara görə, layihə ətrafında bir neçə dəfə müzakirə aparılsa da, hələ də o hazır vəziyyətdə deyil. Onların dediyinə görə, Mədəniyyət Nazirliyinin köhnə rəhbərliyi və kinoya nəzarət edən keçmiş vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində konsepsiya hələ də tam hazırlanaraq təsdiqlənmək üçün Milli Məclisə təqdim edilməyib.

Konsepsiyanın taleyi ilə bağlı son məlumatlara görə, kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

“...bu konsepsiyanın qəbul edilmək ehtimalı çox azdır”

Professional Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev bizimlə söhbətində bildirdi ki, konsepsiyanın hələ də qəbul edilməməsi onu ciddi narahat edir. H.Mehdiyevin sözlərinə görə, layihənin qanun şəklində qəbul edilməsinə mane olanlar var. “Mən bu konsepsiyanın layihəsi ilə tanışam. Biz də müzakirələrdə iştirak etmişik. Kinorejissorlar Gildiyası olaraq iki qrup yaratmışıq və konsepsiya təqdim edilib. Doğrudan da guya bu istiqamətdə proses gedir. Ancaq bu proses çox uzun çəkdi. Mən bunun səbəbini bilmirəm. Lakin çox şübhəliyəm ki, bu konsepsiyanın qəbul edilmək ehtimalı çox azdır. Mənə elə gəlir ki, (bəlkə səhv edə bilərəm - H.M.) kimlərsə, nə üçünsə bizi əsas məsələdən yayındırmaq istəyir və alayarımçıq dəyişikliklərlə başımızı aldadıb kinematoqrafın inkişafı üçün “müəyyən işlər görürük” təsəvvürü yaratmaq arzusundadırlar. Bu mənə belə gəlir. Çünki hər bir adam çox yaxşı başa düşür ki, dövlət qurumu tərəfindən nə isə bir məsələ arzu olunduqda onu həyata keçirmək mexaniki olaraq çox asandır. Sadəcə olaraq, guya kimlərsə mane olur, guya kimlərsə bu istiqamətdə həyata keçirilən islahatların qarşısını almaq istəyir. Amma kimlərdir, bu məlum deyil. Prezidentin sərəncamından ilyarımdan çox vaxt keçib, amma konsepsiya ortada yoxdur”.

H.Mehdiyev bildirir ki, Mədəniyyət Nazirliyində dəyişikliklər baş verdi, kinoya yeni rəhbər təyin olundu, amma yenə bu məsələnin konseptual həll olunmaması aydın deyil. “Xırda-xırda onu dəyişirlər, onu-bunu edirlər. Nə olub? Bəyəm əsas məsələni müəyyənləşdirmək çox çətindir ki, kinematoqraf müstəqil (avtonom) bir qurum olmalıdır və o quruma rəhbər qoyulmalıdır, o qurumun rəhbəri bütün bu işlərlə məşğul olmalıdır?”.

H.Mehdiyevin fikrincə, bu problemi əlaqədar dövlət qurumu həll etmək istəyirsə, onun həlli çox sadədir, bu gün görülməli olan işləri görməyib, ona belə münasibət göstərilməsi isə düzgün yanaşma deyil.

Tanınmış kino mütəxəssisinin fikirlərindən aydın olur ki, Mədəniyyət Nazirliyi və kino sektoru istəsələr konsepsiyanın tezliklə qəbul edilməsini reallaşdırarlar, amma hələ ki, qurumun bu istiqamətdə səyləri yetərli deyil.

 

Mənbə: Baki-xeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR