Slimfit
  1. SİYASƏT

“Yeni iqtisadi inkişaf modelini də Prezident İlham Əliyev yaratdı”

“Yeni iqtisadi inkişaf modelini də Prezident İlham Əliyev yaratdı”
Sakura

“Yeni iqtisadi inkişaf modelini də Prezident İlham Əliyev yaratdı”

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası iqtisadi sahədə özünü təsdiq etməyə müstəqil siyasi-iqtisadi qərarlar verməyə başladı. Əsas məqsədlərdən birincisi iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya etmək idisə, ölkə daxilində də iqtisadi şəffaflığın tam bərqərar olmasına nail olmaq idi. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1996-cı ildən başlayaraq, davam edən iqtisadi sabitlik və inkişaf dövrü uzaqgörən siyasətin nəticəsi idi. Heydər Əliyev siyasətinin uzaqgörənliyini – ölkə iqtisadiyyatının  azadlığı və daimi inkişafında öz əksini tapdığını biz sonralar da gördük.

Məhz bu ildə, Azərbaycan nefti dünya bazarlarına çıxdı.

Ağır sınaqlar dövrü, ölkənin çətin zamanları və itkilər, bu dövr üçün xarakterik olsa da, biz nəticələrə kökləndik.

Davamlı və dinamik inkişaf məntiqi ilə qazanılan uğurlar daha da möhkəmləndirilmiş, əsas da  makroiqtisadi sabitlik qorunub saxlanılmışdı.

Lakin uzaqgörən siyasətin açar sözü burada – davamlılıqdır.

İri müqavilələr, xarici şirkətlərin ölkəyə cəlbi və zəngin neft yataqlarının bu şirkətlərlə birgə istifadəsi, əldə olunan gəlirin səmərəli xərclənməsi, biznes və investisiya mühitinin yaranması üçün əsas oldu. 

Sahibkarlığı inkişaf etdirmək, əlverişli daxili və xarici investisiyaları cəlb etmək, aparılan iqtisadi siyasətin ana xəttini təşkil etmişdi. 

Özəl sektorun, bir ölkənin iqtisadi inkişafında rolu bütün dövr və zamanlarda, bütün cəmiyyətlər üçün xüsusi əhəmiyyət kəsb edib. 

Bu gün Azərbaycan iqtisadiyyatı asılılıq yaratmadan inkişaf etmə üsuluna keçid edib, ən effektiv üsullarla həm də. 

Artıq Azərbaycan bir modeldir. Həm iqtisadi, həm siyasi baxımdan. Bu yeni iqtisadi inkişaf modelini də Prezident İlham Əliyev yaratdı.  

Uğurlu xarici iqtisadi siyasətin əsas məqamlarından biri bildiyimiz kimi beynəlxalq əlaqələr, iqtisadi qurumlarla sıx əməkdaşlıqdır. 

Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunub

Burada da incə məqama toxunmaq istəyirəm, Prezident İlham Əliyevin bu istiqamətdə də ölkəni heç bir dövlətin təsiri altına düşməsinə imkan vermədi. Bununla yanaşı, ölkəyə aktiv investisiya axınının da təməlini qoydu.

Azərbaycan xarici sərmayədarlar üçün açıq ölkədir. Kifayət qədər də  maraqlı və çox gözəl investisiya iqliminə malik ölkədir. Xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini də zaman göstərib.

Prezidentin də dediyi kimi, xarici sərmayənin qeyri-neft sektoruna qoyulması, bizim əsas prioritetlərimizdəndir. Əsas məqsədimiz, ölkəyə gələn sərmayə və sərmayədarların məhz bu sahəyə cəlb olunmasıdır. 

Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu sərmayə Azərbaycana enerji sahəsində xeyli uğurlar əldə etməsinə imkan verdi. 
Bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təxminən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək.

Az məbləğ deyil, nəzərə alsaq ki, Azərbaycan bu vəsaitin öhdəsindən təkbaşına gələcək, o zaman burada ölkə üzrə hər bir vətəndaşa da xüsusi öhdəlik düşməsi qaçılmazdır. 

İyul ayında Prezident İlham Əliyevin keçirdiyi 6 ayın sosial – iqtisadi yekunlarına həsr olunan müşavirədə öz çıxışında bir çox məsələlərə toxunmuşdu, lakin diqqətəlayiq məqamlardan biri də, bəlkə də birincisi maliyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın əldə olunması. 

Əsas məqamlardan biri də xərclərin optimallaşdırılması üçün atılan addımlardır. Düşünürəm ki, bu sahədə də önəmli nəticələr əldə olunacaq. Ölkə başçısının imzaladığı bütün sərəncamlar demək olar ki,  Azərbaycanda sahibkarlığın inkişafına yönəldilib və özünün də dəfələrlə vurğuladığı kimi iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır. 

Özəl sektorun inkişafı sahəsində, investisiya və investorlar, iqtisadi güc və balans isə ölkə inkişafı üçün ən təsirli vasitədir. 

Bilirsiniz, iqtisadiyyatda balans və daimi inkişafı hər zaman təmin etmək mümkün olmur, lakin buna çalışmaq artıq məqsədin yarısı deməkdir. 

Bir istiqamətdə, yaxud da tək bir iş adamından asılı deyil bu məsələlər – böyük bir plan və idarəetmə o səviyyədə olmalıdır ki, iş adamı da, baxsın ki, bəli, bu istiqamət nə mənim dövlətimə, nə millətimə, nə də ki, özümə xələl verməyəcək. 

Bölgənin xüsusiyyətinə uyğun məşğulluq, yerli sahibkarlığın inkşafına yönəlmiş layihələr, güvənli və daimi iqtisadi tərəfdaşlar, həmçinin ölkəyə xarici sərmayə təşviqi – kimi ümumi dəyərlər artıq tendensiya halına gəlməlidir. 

Ali Baş Komandan  bu gün Azərbaycanı dünyada həm də qalib ölkə kimi tanıtdı. Təbii ki, bundan sonra həm siyasi, həm iqtisdi, həm də strateji tərəfdaşlar çoxalacaq.  Biz bundan sonra, sadəcə seçim edəcəyik. 

Mehrəli Qasımov,

Ukraynanın Azərbaycandakı Fəxri Konsulu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR