Slimfit
  1. TEXNOLOGİYA

Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək

Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək
Sakura

Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək

Növbəti nəsil "Apple" smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 2018-ci il sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir.

AZƏRTAC "ferra.ru" saytına istinadla xəbər verir ki, "Apple" belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, sentyabrın 4-ü və 5-i, həmçinin 11-i və 12-si bu tədbirin keçirilməsi üçün uyğundur. Sentyabrın 12-də ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin sentyabrın 4 və ya 5-də keçirilməsi ağlabatan deyil. "Apple" şirkətinin yeni nəsil "iPhone" smartfonunu sentyabrın 11-də təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni "iPhone" smartfonları sentyabrın 12-də təqdim edilə, sentyabrın 21-də isə satışa çıxarıla bilər.

"Apple" payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni "iPhone X" və "iPhone X Plus", həmçinin "iPhone 9" kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası ("Face ID") və "A12" sürətli prosessoru ilə təchiz ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR