Yeni iPhone istehsal rekordunu açıqladı
Məşhur Geekbench bençmarkının bazasında iOS 13,1 əməliyyat sistemi ilə işləyən iPhone 12,1 kod adı altında cihaz nəzərə çarpıb.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət ötən ilki iPhone XR smartfonunun varisindən gedir. Məsələ burasındadır ki, Geekbench-də iPhone XR-in sistem platası N104 model nömrəsi altında, yeni smartfonun sistem platasının model nömrəsi isə N104AP nömrəsi altında keçir.
Operativ yaddaşın həcminin 4 GB-ə qədər artması dərhal gözə çarpır, halbuki iPhone XR-də 3 GB operativ yaddaş quraşdırılıb. Ötən il iPhone XS və iPhone XS Max-in yaddaşının 4 GB RAM olduğunu nəzərə alsaq, yeni modellərin 6 GB RAM alacağını təxmin edə bilərik.
Bir nöqtəli rejimdə yeni smartfon 5415 bal toplayıb ki, bu da müasir flaqman smartfonları arasında rekord göstəricidir.
Yeni iPhone-un rəsmi təqdimatı sentyabrın 10-da gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət