Slimfit
  1. MARAQLI

Yeni İli büdcəyə uyğun keçirməyin yolları

Yeni İli büdcəyə uyğun keçirməyin yolları
Sakura

Yeni İli keçirmək üçün xarici ölkələrə üz tutan insanlar kifayət qədərdir. Amma Azərbaycanda da bu bayramın…

Yeni İli keçirmək üçün xarici ölkələrə üz tutan insanlar kifayət qədərdir. Amma Azərbaycanda da bu bayramın qeyd olunması xarici ölkələrdən fərqlənmir. Yeni İl mahnıları ilə ab-hava yaradan “Soyuq Əllər, İsti Ürək” yarmarkasında 15 dəqiqə gəzmək də Yeni İli hiss etməyinizə səbəb olur.

Deyirlər, “Yeni İli necə qarşılasan, elə də keçirəcəksən”. Bəs, maliyyə imkanları onu istədiyiniz kimi keçirməyə imkan vermirsə?

Oxu.Az Yeni İli sərfəli, büdcəyə uyğun və əyləncəli keçirməyin yollarını təqdim edir:

1. Qonaq gedin - Sirr deyil ki, Yeni İli çoxları səs-küylü və şən kampaniyada rəqslər, əyləncələrlə keçirməyi xoşlayır. Belə axşamlar uzun müddət yadda qalır. 

2. Evdə ailə ilə keçirin – Uşaqlar Yeni ili arzuların həyata keçdiyi vaxt kimi başa düşürlər. Bayramda bütün problemlərdən başınızı ayırın və uşaqlarınıza möcüzəli bayram hədiyyə edin.

Bunu da aşağıdakı üsullarla edə bilərsiniz:

Gəzintiyə çıxın. Buz üstündə sürüşməyi öyrənin. Şəhər mərkəzindəki yolkaya gedin və mütləq bu anları fotolar çəkməklə əbədiləşdirin.

Əl işləri ilə məşğul olun. Yaxın insanlara açıqcalar yazaraq, qar dənəciyi kəsimləri ilə məşğul olarkən vaxtın necə keçdiyini bilməyəcəksiniz.

Uşaqlar Yeni il peçenyelərini çox sevirlər. Razılaşın, peçenye bişirmək üçün çoxlu pul və güc lazım deyil. Lazımi ərzaqlar, demək olar, həmişə mətbəxdə tapılır. Yeməli qar dənəcikləri, qar adamı, yolka, heyvan fiqurları şəklində  peçenyelər hazırlayın. Qlazurla bəzəyin və yeməyə heyfiniz gəlməsin, bütün ailə ilə Yeni İl filmlərinə baxarkən dünyadakı ən dadlı bu peçenyələrdən zövq alın.

3. Evdə Yeni il əhval-ruhiyyəsi yaradın – Uşaqlar böyüdükdən sonra bəzi evlərdə yolkalar qurulmur. Amma bu, düzgün deyil. Yolkanı qurandan sonra ruhunuzu bürüyən bayram ab-havasını hiss etmək üçün bunu etməyə dəyər. 

4. Bayram süfrəsi yaradın – Hələ heç vaxt hazırlamadığınız yeməkləri hazırlayın, Yeni İl üçün xüsusi menyunuz olsun, ancaq Yeni İl axşamı süfrəni bəzəyən o yeməklər bayramı hiss etdirəcək. Digər ölkələrin də mətbəxlərini yoxlamaq olar.

5. Yeni İl filmlərinə baxın – Onlar Yeni il atmosferi yaratmağa çox kömək edir. İndidən o filmlərə baxıb, musiqilərə qulaq asaraq, bayrama hazırlaşa bilərsiniz.

2019-cu ili harada və necə qarşılamaq elə də önəmli deyil. Onu xaricdə keçirmək xoşbəxt olmağa və 2019-cu ili möhtəşəm keçirməyə zəmanət vermir. Vacib olan, ailə, yaxınlar və doğmalarla bu günü keçirib, Yeni İlə güvəndiyiniz, sevdiyiniz insanlarla girməkdir.

Növbəti ildə daha az insan itirmək, yanınızda olanlara daha çox dəyər verməyi söz verib onları bərk qucaqlamaqdır vacib olan. Çünki həmişə sonda ən dəyərli və qiymətli olan ev ocağının istiliyi, uşaqların gülüşüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR