Slimfit
  1. MARAQLI

Yeni İl süfrəsi üçün nə qədər xərcləməliyik?

Yeni İl süfrəsi üçün nə qədər xərcləməliyik?
Sakura

Yeni İl süfrəsi üçün nə qədər xərcləməliyik?

Yenil İl yaxınlaşır. Əksər ailələr indidən bayram süfrəsi üçün hazırlıqlara başlayıb. Hər kəs bacardığı qədər bayram süfrəsinin bol çeşidli, rəngarəng olmasına çalışır. Bəs orta statistik azəbaycanlı ailəsi üçün bu il bayram süfrəsi neçəyə başa gələcək?

Öncə onu qeyd edək ki, əksər ailələrin bayram alış-verişinə erkən başlamasının səbəbi Yeni ilə bir neçə gün qalmış mağaza və bazarlarda meyvə, ərzaq məhsullarının süni bahalaşdırılmasıdır. Dövlət Statistika Komitəsi bu günlərdə açıqlama verərək bildirdi ki, yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz bahalaşıb. Bayram günlərində bahalaşmanın süni olaraq artacağı isə istisna deyil.

Bəs hazırda qiymətlər necədir?

Məsələni yaxından araşdırmaq üçün yaxınlıqdakı supermarketə üz tutduq. Bu arada onu da qeyd edək ki, son vaxtlar alıcılar bazarlardansa daha çox supermarketlərdən alış-veriş etməyi üstün tutur. Çünki supermarketlərdə təkcə ərzaq deyil, meyvə-tərəvəzin də qiyməti demək olar ki, bazar qiyməti ilə eynidir, həm də keyfiyyətlidir. Bu səbəbdən hazırda bazarlarda alıcı qıtlığı yaşanır.

Beləliklə, bayram süfrəsinin “olmazsa olmaz”ı plov üçün lazım olan düyünün qiyməti hazırda 1,20 – 4,20 manat, quzu əti – 12, dana əti-11 manat, hinduşka ətinin 1 kilosu 15 manat, şabalıd 6,5 – 8 manat, qaysı 8 – 10 manat, kişmiş 7-13 manat, kərə yağı 15-18 manatdır.

Bayram süfrəsinin vazkeçilməzi olan salatların hazırlanması üçün tələb olunan ərzaqlardan yumurtanın qiyməti 16-25 qəpik, yaşıl noxud 1,8-2 manat, mayonez 0,8 – 2 manat, toyuğun döş əti 2,5 manatdır.  Həmçinin digər ərzaqların qiymətləri aşağıdakı kimidir – xiyar 3 manat, pomidor 1,5 – 2,5 manat, kartof 0,8 – 1 manat, yerkökü 1,60 manat, meyvələrdən alma 2,3 – 2,5 (qızıləhmədi), armud 1,5-3 manat, xurma 2-2,5 manat, üzüm 2-2,5 manat, nar 2,5-3 manat arasında dəyişir.

Beləliklə, hesablayarkən məlum olur ki, orta hesabla bayram süfrəsi üçün azı 150-200 manat tələb olunur.

İqtisadçı Natiq Cəfərli qeyd edir ki, Azərbaycanda orta səviyyəli 4 nəfərlik ailənin bayram süfrəsinin xərcini hesablamaq bir qədər çətindir:

“Çünki ailələrin maddi imkanı, bayramı qeyd etmək həvəsi bir qədər fərqlidir. Sadəcə ortalama bir hesab aparmaq olar. Belə ki, ölkədə orta əmək haqqının 500-600 manat olduğunu nəzərə alsaq deyə bilərik ki, hər bir ailənin üzvünə təqribən 40-45 manat civarında xərc düşür. Beləliklə 4 nəfərlik bayram süfrəsinin açılmasına 150-160 manat xərc çəkilə bilər. Bu bir günlük süfrənin təşkilinə sərf olunan ortalama xərc kimi götürülə bilər. Lakin qeyd etdiyim kimi bu ölçü ailələrin maddi imkanlarında asılı olaraq dəyişə bilər”.

Mənbə: Gencaile

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR