Slimfit
  1. AZƏRBAYCAN

Yeni il şənlikləri zamanı yanğın təhllükəsizliyinə əməl edək

Yeni il şənlikləri zamanı yanğın təhllükəsizliyinə əməl edək
Sakura

Yeni il bayramı ilə əlaqədar keçirilən şənlikləri ənənəvi bəzəkli şam ağacı-küknarsız təsəvvür etmək…

Yeni il bayramı ilə əlaqədar keçirilən şənlikləri ənənəvi bəzəkli şam ağacı-küknarsız təsəvvür etmək çətindir. Təsadüfi deyil ki, hər il yeni il ərəfəsində minlərlə təbii və süni küknar ağacı respublikamızın şəhər və rayonlarında, qəsəbə və kəndlərdə prospekt və küçələri, mədəniyyət saraylarını, klubları, məktəbləri, uşaq bağçalarını, mənzilləri bəzəyir. Nəzərə almaq lazımdır ki, küknar ağacı bəzənərkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.

Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi rayon ərazisində Yeni il şənlikləri və tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş verməməsi və xoşagəlməz hadisələrlə üzləşməməsi üçün vətəndaşları aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını tövsiyə edir.

Birinci növbədə küknar ağacı yerə möhkəm bərkidilməli, dirəklər üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın. Şənliklər zamanı açıq oddan istifadə etmək təhlükəlidir. Bəzən küknarı tez alışan oyuncaqlarla bəzəyir, yaxud qar görüntüsü yaratmaq üçün onun budaqlarına pambıq atırlar. Pambıq isə adi bir qığılcımdan tez alışır. Əlbəttə, bütün bunlar yanğın şəraiti yaratdığından çox təhlükəlidir.

Küknar ağacını işıqlandırarkən:

-yalnız elektrik cərəyanından və standartlara uyğun hazırlanmış elektrik qurğu və cihazlarından istifadə olunmalıdır;

-istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik qutusuna və yaxud elektrik açarına qoşulmalıdır. Naqillərini bir-birinə başqa vasitələrlə birləşdirmək qəti qadağandır.

-küknarda quraşdırılmış elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı, etibarlı izolə edilməlidir. İşıqlandırmada nasazlıq aşkar edildikdə dərhal o, elektrik şəbəkəsindən ayrılmalıdır.

Bütün bunlarla yanaşı, yadda saxlamaq lazımdır ki, ağacı işıqlandırarkən elektrik təsərrüfatı ilə bağlı digər yanğın təhlükəsizliyi qaydalarına da ciddi riayət olunmalıdır.

Unutmayın ki, küknar ağacını şamlarla işıqlandırmaq ciddi yanğın təhlükəsi yaradır. Yeni il şənliyi keçirilərkən şamlardan, fişənglərdən istifadə etmək olmaz. Şam ağacının sellüloz oyuncaqlarla, odadavamlı məhlula hopdurulmamış pambıqla bəzədilməsi də olduqca təhlükəlidir. Şənliklər zamanı pambıqdan, tənzifdən, kağızdan və digər tezalışan materiallardan tikilmiş paltarlar geymək olmaz. Küknar ağacının quraşdırıldığı otaqlarda atəşfəşanlıq etmək yolverilməzdir.

Yeni il şənliklərinin təşkilatçıları, onun hər bir iştirakçısı küknar ağacı qurulan zaman yanğına qarşı qaydaların yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş halların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. Unutmaq olmaz ki, yalnız göstərilən qaydalara və məsləhətlərə ciddi riayət etməklə Yeni il şənliklərini bədbəxt hadisələrsiz keçirmək olar.

Yanğın hadisəsi baş verdikdə təcili olaraq 101 nömrəli telefonlara zəng etməyi unutmayın.

 

Mənbə: Nuhcixan.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR