Slimfit
  1. TEXNOLOGİYA

Yeni əlavə reallıq eynəyi təqdim olunub

Yeni əlavə reallıq eynəyi təqdim olunub
Sakura

Yeni əlavə reallıq eynəyi təqdim olunub

“Magic Leap” şirkəti yeni əlavə reallıq eynəyi prototipini nümayiş etdirib.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, əlavə reallıq texnologiyasında ixtisaslaşan “Magic Leap” startapı “Google” və “Alibaba” kimi texnoloji nəhənglər tərəfindən dəstəklənir. Yeni qurğu eynək, hesablama platforması və interfeysin idarəetməsi üzrə kontrollerdən ibarətdir.  

Eynək işıq sahəsinin fotonu tərəfindən rəqəmli işığın müxtəlif dərinlik və kəskinliklə generasiya olunduğu “Digital Lightfield” texnologiyasından istifadə edir. Bu işığın təbii işıqla qarışması nəticəsində real dünya ilə uyuşan rəqəmli obyektlər yaranır. Eynək, həmçinin, xüsusi ötürücülər, 6 kamera və 4 mikrofon ilə təchiz edilib.  

Sistem ötürücüləri kontroller olmadan gözlərin, baş və əllərin hərəkətlərini izləyir.

Yayın sonunadək ABŞ-da satışa çıxarılacaq eynəyin qiyməti barədə məlumat verilmir.



Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR