Slimfit
  1. DÜNYA

Yeni dönəm başlayır: ABŞ niyə Ayı tədqiq edir?

Yeni dönəm başlayır: ABŞ niyə Ayı tədqiq edir?
Sakura

Yeni dönəm başlayır: ABŞ niyə Ayı tədqiq edir?

Aydakı faydalı qazıntılar Yerdə olanlara bənzərdir. Ona görə də Yerdəki faydalı qazıntılar bitəcəyi təqdirdə Aydakı resurslar strateji əhəmiyyət daşıyacaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Nüvə Planetologiyası şöbəsinin sədri İqor Mitrofanov deyib.

“Yer və Aya astronomiya baxımından bənzər planet sistemi kimi baxmaq lazımdır. Onlar birgə formalaşıblar, ona görə də Yerdə olan bütün nadir elementlər Ayda da olmalıdır. Texnologiyaların inkişafı baxımından nadir elementlərə tələb artır. Ona görə də gələcəkdə ölkələrin Ay resurslarını əldə etməsi onlar üçün strateji əhəmiyyət daşıyır. XXI əsrdə Ay tədqiqat və mənimsəmə obyekti olacaq. ABŞ ambisiyalı Ay proqramına başlayır, Çin də həmçinin daha çətin Ay layihələrini uğurla icra edir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Tramp Aydakı resurslardan kommersiya məqsədilə istifadəyə dair sərəncam verib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR