Slimfit
  1. KOSMOS

Yeni asteroid aşkar edilib

Yeni asteroid aşkar edilib
Sakura

Yeni asteroid aşkar edilib

Astronomlar Günəş ətrafında elmə məlum olan asteroidlərin içərisində ən kiçik periodlu kosmik daş müşahidə ediblər.

Los-Ancelesdən (ABŞ) 145 km cənub-şərqdə yerləşən Palomar rəsədxanasının “Zwicty transient facility” kamerası hər gecə səmanı sürətlə skan edir. Kamera hərəkət edən və sayrışan obyektləri müşahidə etməklə yanaşı, kosmik daş kimi obyektlərin axtarışını da həyata keçirir.

AZƏRTAC https://www.astronews.ru saytına istinadla xəbər verir ki, hazırda 2019 LF6 adını almış asteroid Günəş ətrafında 151 sutka periodla fırlanır: bu asteroiddə 1 il Yer ilinin yarısına bərabərdir. Asteroidin orbiti Yer orbitinin radiusundan kiçik olmaqla, Günəş ətrafında fırlanan, Yerətrafı obyektlər sinfində Atir ailəsinə aiddir. Bu kosmik daşın orbiti müəyyən vaxtlarda Veneranın orbitindən kənarda, bəzən də Günəşə Merkuridən daha yaxın olur.

“LF6 həm ölçüləri, həm də orbiti baxımdan qeyri-adidir – onun unikal orbiti belə böyük asteroidin Yerətrafı orbitlərdə onillərlə axtarışlarda kəşfdən necə yayınmasını izah edir”, - deyə asteroidi kəşf edən Kaliforniya Texnoloji İnstitutunun tədqiqatçısı Kbançji Ye (Quanzhi Ye) bildirib. O qeyd edib ki, belə asteroidlər sübh və ya axşam çağından 20-30 dəqiqə əvvəl daha yaxşı müşahidə olunur. Kbançji Ye indiyədək Atir sinfinə aid iki asteroid aşkar edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR