Slimfit
  1. ELM

Yeni araşdırma: meşə yaxınlığında yaşamaq beyinə yaxşı təsir göstərir

Yeni araşdırma: meşə yaxınlığında yaşamaq beyinə yaxşı təsir göstərir
Sakura

Yeni araşdırma: meşə yaxınlığında yaşamaq beyinə yaxşı təsir göstərir

Almaniya alimlərinin apardığı yeni araşdırmaya əsasən meşə yaxınlığında yaşayan vətəndaşlar daha sağlam badamşəkilli cismə (beyində yerləşir) malik olurlar və stress vəziyyətindən daha yaxşı çıxmağı bacarırlar.

Səs-küy, pis ekologiya, çoxlu insan... Şəhər həyatı xroniki stress yarada bilər. Kənd sakinləri ilə müqayisədə şəhər sakinlərində depressiya, həyəcan pozğunluğu və şizofreniya kimi psixi xəstəliklərin yaranma riski yüksəkdir. Araşdırmalar göstərir ki, vətəndaşlarda stressin emalında və təhlükəyə reaksiyada vacib rol oynayan beyin hissəsi badamşəkilli orqannın yüksək aktivliyi müşahidə olunur. Psixoloq Simon Künün rəhbərliyi altında alimlər qrupu təbiət yaxınlığında (meşə, yaşıl park sahəsi və s.) şəhər həyatının stressin emalında iştirak edən beyin hissələrinə (əsasən, badamşəkilli cism) təsirini öyrəniblər.

Kün qeyd edir ki, kənd sakinləri araşdırılan əvvəlki işlər göstərdi ki, təbiət yaxınlığında həyat insanın psixi sağlamlığı və əhvalına müsbət təsir göstərir. İndi isə yeni işdə mütəxəssislər şəhər sakinlərini araşdırmağa qərar verdilər. Araşdırmanın nəticələri barədə Maks Plank adına elmi araşdırmalar Cəmiyyətinin saytında dərc edilib.

Həqiqətən alimlər şəhərdə yaşama yeri və beyin sağlamlığı arasında nisbət aşkar ediblər. Meşənin yaxınlığındakı şəhərdə yaşayan insanlarda daha sağlam badamşəkilli cism müşahidə olunub və belə şəhər sakinləri stressin öhdəsindən daha yaxşı gəlirlər. Bununla yanaşı qeyd olunur ki, bu effekt təhsil və gəlir səviyyəsindən asılı olmayaraq stabil müşahidə olunur. Lakin tədqiqatçılar beynin bu hissəsi ilə yaşıl zona, su hövzəsi və ya çöl yaxınlığındakı həyat arasında əlaqə tapa bilməyiblər. Həmçinin qeyd olunur ki, həqiqi məlumatlar səbəbli əlaqələri tapmağa imkan vermir: ola bilsin ki, daha sağlam badamşəkilli cimsə malik insanlar sadəcə olaraq meşəyə yaxın yaşayış yeri seçirlər. Lakin işin müəllifləri əks izahın daha inandırıcı olmasını hesab edir. Beləliklə mütəxəssislərə uzunmüddətli araşdırmalar aparmaq lazımdır.

Əsl araşdırmada yaşı  61-dən 82-ə qədər olan 341 insan iştirak edib. Yaddaş və zehni bacarıqlar testinin keçirilməsindən başqa sınananlarda stressin emalında iştirak edən beyin hissələrinin (hər şeydən əvvəl MRT vasitəsilə badamşəkilli cism) strukturu qiymətləndirilirdi. Mütəxəssislər tomoqrafiya və araşdırma iştirakçılarının yaşayış yeri haqqındakı informasiyasının nəticələrini birləşdirdilər.

İşin müəllifi Ulman Lindenberger (Ulman Lindenberger) qeyd edir ki, yaxın gələcəkdə nəticə məlumatları növbəti araşdırmalarda yenidən yoxlanmalıdır (əsasən digər şəhərlərdə).

Elmi iş Scientific Reports jurnalında dərc olunub.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR