Dərc edildi: Baxış sayı: 566
Batareyalar yeni materialdan hazırlanacaq
Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı laureatı Robert Qrabbsın rəhbərliyi altında smartfonlar üçün 1 həftə ərzində şarj saxlaya bilən akkumulyator hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, yeni akkumulyator ftorid materialı əsasında işləyəcək. İndi litium-ion batareyalar buraxılır. Ftorid materialın problemi ondadır ki, özündən enerjini buraxaraq güclü qızır. Alimlər bu problemi həll ediblər.
Ftoriddən hazırlanmış akkumulyatorda enerjinin sıxlığı yüksəkdir. Belə akkumulyator indiki batareyalarla müqayisədə 8 dəfə daha çox enerji saxlaya bilər. Qeyd edək ki, yeni hazırlama ilkin mərhələdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət