Slimfit
  1. AZƏRBAYCAN

Yekaterinburq-Bakı istiqamətində uçuşların sayı artırılıb

Yekaterinburq-Bakı istiqamətində uçuşların sayı artırılıb
Sakura

Yekaterinburq-Bakı istiqamətində uçuşların sayı artırılıb

Rusiyanın Yekaterinburq şəhərinin “Koltsovo” hava limanından Bakıya uçuşların sayı artırılıb.

Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Koltsovo” hava limanı yayıb.

Məlumata görə, sözügedən hava limanı yaz-yay cədvəlinə keçib: “Belə ki, bu cədvəl oktyabrın sonuna qədər davam edəcək”.

Qeyd edilib ki, yeni mövsümdə Yekaterinburqdan Gürcüstana və Azərbaycana uçuşların sayı artıb.

Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburq-Bakı istiqamətində uçuşları həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a bildirilib ki, “Ural Hava Yolları” martın 31-dən həftənin çərşənbə axşamı, cümə axşamı və bazar günləri Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirir. Bundan əlavə, “İrAir” aviaşirkəti iyundan etibarən həftənin çərşənbə axşamı sözügedən istiqamətdə uçuşlar yerinə yetirəcək. 

“Koltsovo” aeroportunun məlumatına görə, Azərbaycanın paytaxtı Ural sakinləri arasında ən populyar turizm istiqamətlərindəndir. 2018-ci ildə bu istiqamətdə 24 min nəfər uçub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR