Dərc edildi: Baxış sayı: 763
Yəhya bəy Dilqəm - Məni
Leyli camalını görəndə dilbər,
Eylədi Məcnun tək divanə məni.
Eşqin zəncirini açma boynumdan,
Bağışla o əhdi-peymana məni.
Gördüm camalmı oldum qələndər,
Laçm tək qiya bax, üz bəri döndər,
Yanaram oduna misli-səməndər,
Görsə qanlar ağlar pərvanə məni.
Qaşların aşiqə nəzakət eylər,
Gözlərin can alar, qiyamət eylər,
Zülflərin sailə hidayət eylər,
Gözlərin gətirər imanə məni.
Kuyində, Dilqəməm, tərsa dağında,
Bülbül fəğan eylər gül budağında,
Könül quşu yar, camalın bağmda,
Döndərdin o Şeyxi-Sənanə məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət