Slimfit
  1. DÜNYA

Yəhudilərlə bağlı sözünə görə efirdən qovuldu

Yəhudilərlə bağlı sözünə görə efirdən qovuldu
Sakura

Yəhudilərlə bağlı sözünə görə efirdən qovuldu

Ukraynalı ekspert Kirill Jivotovoski “Rusiya 1” telekanalında yayımlanan “Kto Protiv?” (Kim əleyhinədir?) teleşousunda yəhudilər haqqında işlətdiyi ifadəyə görə verilişdən qovulub.

Axar.az xəbər verir ki, Ukraynada yəhudilərin ictimai hərəkatının liderlərindən biri, həmçinin burada nazir olmuş Yevgeni Çervonenko ölkədə yüksək səviyyədə antisemintizm olması barədə danışıb.

Buna cavab olaraq Jivotovski yəhudilər haqqında xoşagəlməz zarafat səsləndirib (Videonun 1 saat 20-ci dəqiqəsində).

Bu zaman aparıcı Dmitri Kulikov belə zarafatın yersiz olması barədə ekspertə xəbərdarlıq edib.

Lakin ukraynalı ekspert aparıcı ilə mübahisə edərək, bunun zarafat deyil, Ukrayna vətəndaşlığına sahib şəxslərin vəziyyətinin müzakirəsi olduğunu bəyan edib.

 

Məhz bundan sonra aparıcı Jivotovskiyə qırmızı kart göstərib və studiyadan kənarlaşdırıb.

“O, bir daha bu efirdə olmayacaq”, - deyə Kulikov açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR