Slimfit
  1. MARAQLI

Yəhudiləri ağıllı edən 7 fakt

Yəhudiləri ağıllı edən 7 fakt
Sakura

Yəhudiləri ağıllı edən 7 fakt

"Belə bir söz var, deyir, XX əsrin mənzərəsini 3 yəhudi müəyyənləşdirib: Marksdı, Freyddi, bir də Eynşteyndi. İndi isə Sizə kimdən deyim, kimdən danışım - Steven Silbiger adlı müəllifdən.
Deyəsən, o da yəhudidir. Çünki ən gözəl kitablarından birini bu xalq haqqında yazıb. Adını da qoyub: "Yəhudi fenomeni: əbədi xəzinəyə 7 açar”."
 
Bu sözləri öz feysbuk səhifəsində filologiya elmlər namizədi Yadigar Cəfərli söyləyib. 
 
Sherg.az-ın  xəbərinə görə, Y. Cəfərli bunları qeyd edib: "
 
Yazdıqlarından bir az paylaşım, bu xalq niyə belə qabiliyyətlidir, anlayaq, artıq. Kitab hələ təkcə Amerikaya aid faktlarla kifayətlənir. Təsəvvür edin, Forbes-in siyahısına düşmüş Amerika zənginlərinin 40 faizi yəhidilərdir. Hər 3 nəfər Amerika multimilyarderinin 1-i yəhididir. ABŞ-ın ən reytinqli universitetlərindəki professorların 20 faizi bu xalqın təmsilçiləridir. Amerikanın elmdə qazandığı Nobel mükafatlarının 30 faizini bu ölkəyə yəhudi alimləri gətirib. Bu, Amerikadakı Nobel laureatlarının 25 faizi deməkdir.
Bunu xalqın qeyri-adi qabiliyyətləri ilə, ya da dünyanı idarə edən sirrli mərkəzlər haqqında söhbətlərlə əsaslandıraqmı?! Əsla.
 
Allah bütün xalqları eyni imkanda yaradıb. Di gəl, hər xalq öz sosial mühitini yaratmaqdan ötrü bu imkandan fərqli səviyyədə istifadə edir. Yəhudilər hələ əsrlər əvvəldən öz çevrələrində bilik mühiti formalaşdıra biliblər. Bu mühit uşağı repetitor yanına göndərməklə alınmır. Əgər uşağın atası, anası, nənəsi, babası, qohum-əqrəbası evdə əlinə kitab-jurnal-qəzet almırsa, ətrafındakı həmyaşıdları da onun qədər bilik acı deyilsə, o uşaq ali məktəbə qəbul vaxtı ən yüksək balı toplayacaq. Universitetdə də böyük uğurlar qazanacaq. Amma heç vaxt Nobel mükafatı ala bilməyəcək. "Siz heç dərsini pis oxuyan yəhudi uşağı görmüsünüzmü? Mən görməmişəm" Bu sualı Çingiz Abdullayev dedektivlərinin birində yazmışdı.
 
Gizli mərkəzə gəlincə, bu, həqiqətən var. Mən onun yerini bilirəm. İstəsəniz Sizə də deyərəm. Bu, mərkəz insanın başının içidir. Biri onu biliklərlə doldurur, başqası boş nağara kimi saxlayır.
Anlayacağımız, məsələ yəhudilərin fitri qabiliyyətində deyil. Başının qapısını əsrlər əvvəldən biliklərə açıq elan edən, təhsilə, öyrənməyə can atan, müxtəlif sahələrdə zehni əməklə məşğul olan yəhudlərin sayının başqa xalqların təmsilçiləri ilə müqayisədə həddən ziyadə çox olmasındadır.
Orta əsrlərdə Avropa ölkələrində fizika ilə məşğul olan alimlərin 50-60 faizi yəhudilər idi.
Bu qədər adamın arasından Eynşteyn çıxmasın, neyləsin?!
Bəs nədir Steven Silbigerin yazdığı o 7 açar?! Yazım gərəyiniz olar.
 
1. Real sərvətin daşınan olduğunu anla: bu, bilikdir.
2. Öz soydaşlarına qayğı göstər ki, onlar da sənə qayğı göstərsinlər.
3. Uğurlu adamlar peşəkar və öz işlərinin sahibidirlər.
4. Özünə başqalarında inam yarat.
5. Seçəndə israfçı ol, alanda tədbirli.
6. Fərdlərinlə qürur duy: yaradıcı insanlarını ruhlandır.
7. İrəli sürdüyünü sübuta yetirməyə psixoloji baxımdan hazır ol.
 
İndi əziz dostlar, insaf edin, belə bir toplum haqqında ağlına gələni danışmaq faydalı olar, yoxsa onlardan mümkün qədər görüb-götürmək?! Minnət qoymaq kimi çıxmasın, mən bu bapbalaca mətni yaratmaqdan ötrü, Silbigerin kitabını internetdən tapdım, pul verib üzünü çıxartdırdım, günlərlə oxudum, əsas məqamlarını qeyd elədim ki, dostlarımla paylaşım.
 
Əgər siz də iki üç dəqiqənizi sərf edib, bunu axıra qədər oxudunuzsa və xoşunuza gəldisə, ya bəyənin, ya paylaşın ki, 6-cı açarın artıq əlinizdə olduğunu görüm.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR