Dərc edildi: Baxış sayı: 652
Yəhudi fəal Trampı yəhudilərin qətlində günahlandırdı
“Tramp yəhudilərin qətlində günahkardır”.
Gununsesi.org İsrail mediasına istinadla xəbər verir ki, yəhudi bir etirazçı ABŞ prezidentini antisemitizmi təşviq etməkdə günahlandıraraq Ayova ştatının De-Moyn şəhərində Donald Tramp tərəfdarlarının təşviqat yığıncağını pozmağa çalışıb.
“Mən amerikalı bir yəhudiyəm və atanız prezident seçildikdən bəri ildən-ilə daha çox yəhudi öldürülür” – radikal solçu yəhudi-amerika «İfNotNow” qrupunun təşkilatçısı Elon Glikman tədbir zamanı Trampın böyük oğluna söyləyib.
Mühafizəçilər onu qapıdan çıxartmağa başlayanda Glikman auditoriyaya xitabən qışqırıb: “Burda siz hamınız yəhudiləri öldürürsünüz, hamınız!..”
“Düşünmürəm ki, İsrail və Amerika yəhudiləri üçün Donald Trampdan daha çox iş görən olsun”- deyə yəhudi fəalı bayıra çıxardıqdan sonra kiçik Tramp söyləyib.
Daha sonra E.Glikman «Tvitter”dƏ yazıb: “Məni yığıncaqdan qova bilərlər, amma mən yəhudi xalqı üçün mübarizəni əsla dayandırmayacağam. Donald Tram Amerika yəhudilərini öldürən antisemitizm nəzəriyyələrini yayır. Yəhudilər ağ millətçilərlə mübarizəyə qalxır…”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət