Yeganə nümunədə buraxılmış ən yaxşı 5 avtomobil
Ekspertlər statistik tədqiqat aparıblar və yeganə nümunədə yaradılmış avtomobilləri aşkar ediblər. Adətən bu maşınlar xüsusi sifarişlə hazırlanır və belə modellərin qiyməti çox yüksəkdir.
Мercedes-Вenz GWA 300 SLС 50-60-cı illərin istehsalı olan Mercedes-Benz 300SC əsasında yaradılmışdır. Avtomobil klassik üslublu və superkar imkanlarına malik müasir rodsterdir. Avtomobil 571 at gücünə malik 6,2 litrlik V8 mühərriki ilə təchiz olunub.
Model 1939-cu ildə hazırlanıb, hərəkəti isə 141 at gücünə malik səkkiz silindrli mühərriklə həyata keçirilir. Avtomobil İkinci dünya müharibəsi zamanı itdi, amma 2012-ci ildə təsadüfən tapıldı və bərpa edildi.
1998-ci il buraxılışı LADA Rapan istehsalçının eksperimental elektrokarı idi. Layihəni enerji şirkətlərindən dəstək olmaması səbəbindən dondurdular.
Latviya istehsalçılarından olan Dartz Prombron modelinin ancaq bir nümunəsi var, o, zirehli kuzov və eksklüziv dizayna malikdir.
Bu siyahıda özünün layiqli yerini Maybach Exelero tutdu ki, onun uzunluğu təxminən altı metrdir və 2,6 ton çəkisi var. Böyük ölçü və çəkisinə baxmayaraq, avtomobil 100km/s sürəti 4,4 saniyəyə yığır, maksimum sürəti isə 350 km/s təşkil edir.
Mənbə: speedme.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət